Gündəm

Ərdoğan ona heykəl ucaldanlara müraciət etdi

13 Sentyabr 2017 16:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra şəhərlərdə ona heykəl ucaldılmasını hallarını tənqid edib. Türkiyə KİV yazır ki, şəhər merlərinə səslənən prezident bu addımın mənəvi dəyərlərə uyğun olmadığını deyib.

Yunker Avropa Müdafiə İttifaqının yaradılmasını istəyir

13 Sentyabr 2017 16:32

Avropa İttifaqına (Aİ) 2025-ci ilədək Avropa Müdafiə İttifaqı yaratmaq lazımdır. Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib

13 Sentyabr 2017 16:31

Sentyabrın 13-də Azərbaycan Dillər Universitetində  universitetin İtalyan dili mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər” mövzusunda seminar keçirilib. Tədbiri açıq elan edən ADU-nun Xarici vətəndaşlarla iş və Protokol xidmətinin müdiri Anar Bağırov qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Daha sonra “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti universitetin italyan dili üzrə təhsil alan tələbələri, eyni zamanda müəllim heyətinə İtaliya və Azərbaycan arasında mövcud ictimai-siyasi və mədəni əlaqələr barədə ətraflı məlumat verib. O, Azərbaycan haqqında nəşr olunan ilk italyandilli kitabları təqdim edib və Azərbaycan dilindən birbaşa italyan dilinə tərcümə sənətinin inkişafının zəruriliyindən də söhbət açıb.

ABŞ Dövlət Departamenti Poroşenkoya söz atdı

13 Sentyabr 2017 16:30

“Ukrayna prezdenti Pyotr Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır”.

Sektor müdiri: "Şarmazanovun saxta tarixi sayıqlamaları erməni xalqını daha da dolaşdırır"

13 Sentyabr 2017 16:26

Məhz Azərbaycan 1918-ci ildə ermənilərə öz dövlətlərini yaratmaq məqsədilə İrəvan xanlığının ərazisini və İrəvan şəhərini hədiyyə edib. Bunu Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun İngiltərənin "Mançester Yunayted" klubunun Azərbaycandan 40 il öncə yaradılmasına dair bəyanatını şərh edərkən bildirib.

Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

13 Sentyabr 2017 16:22

Bakı şəhər sakimi Mehman Şirinovun oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, ətrafında Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun iyulun 10-dan 19-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.

Kombi aparatı oğurlayan  tutulub

13 Sentyabr 2017 16:21

Sentyabrın 11-də Bakı şəhər sakini Əkbər Rəsulova məxsus həyətdən kombi aparatı oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə kombini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zamiq Aslanov tutulub.

Avtomobil qaçıran şəxs saxlanıb

13 Sentyabr 2017 16:20

Sentyabrın 12-də paytaxtın M.Muxtarov küçəsindən Bakı şəhər sakini Tofiq Yusifova məxsus “AzSamand” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov tutulub.

Qubada təndirxana yanıb

13 Sentyabr 2017 16:19

Quba şəhərində vətəndaşa məxsus təndirxana yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan təndirxananın tavanı 4 m2 sahədə yanmıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Elmar Məmmədyarov vyetnamlı həmkarı ilə görüşüb

13 Sentyabr 2017 16:18

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın xarici işlər naziri Fam Binh Minhlə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə,  nazir Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda, 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd edib. Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb.

Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir

13 Sentyabr 2017 16:17

Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP-texnologiyalarının (“müəssisə resurslarının idarəetmə sistemi”) tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.

Avtomobildə gizlədilən mobil telefonlar müsadirə edilib

13 Sentyabr 2017 16:14

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Elmira Süleymanova Bakı İstintaq Təcridxanasına baş çəkib

13 Sentyabr 2017 16:12

Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib.

Millət vəkili: “Azərbaycanla İsrail arasında tarixi əlaqələr var” 

13 Sentyabr 2017 16:05

Azərbaycanın müdafiə nazirinin İsrailə səfəri iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, yeni silahların alınması, eyni zamanda ordu quruculuğu məsələsində hər iki ölkənin əldə etdiyi təcrübənin bölüşdürülməsi məqsədi daşıyır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Bankomat oğruları ələ keçiblər

13 Sentyabr 2017 16:03

Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb. Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.