Gündəm
“Faytonçu” Nazimi şikəst edən klinikadan daha bir ÖLÜM XƏBƏRİ
Tələbə polisi güllələdi
ABŞ-ın Texas ştatının Labbok şəhərində, Texas texnoloji universitetində tələbə polisi güllələyib. Tələbə polislər tərəfindən yoxlama səbəbi ilə universitet ərazisində yerləşən polis məntəqəsinə gətirilib. Tələbə yoxlama zamanı polislərə atəş açıb və bir polisi öldürərək hadisə yerindən qaçıb.
Prezident: "Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur"
"Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur". Bunu Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı bildirib. "Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlanmışdır. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir.
Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər
DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək. Seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib. UEFA-nın milli komandalar üçün reytinqində 40-cı olan Azərbaycan yığmasının da taleyi artıq bəllidi. Millimiz Avropanın ən zəif 16 komandasının yer aldığı D liqasında mübarizə aparacaq. Bu liqanın ən güclülərindən olan komandamız püşk zamanı 1-ci səbətdə qərarlaşacaq. Millimizi AVRO-2020-yə birbaşa vəsiqə verən liqa çempionluğuna namizədlərdən hesab etmək olar.
Səfirlikdə daha bir nəfər həbs
Türkiyədəki səfirliyində qurumun əməkdaşı Metin Tvizdən başqa, bir nəfərin də həbs olunduğu barədə məlumat yayılıb. Hələlik həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun da casusluqda ittiham olunduğu bildirilir.
"Muğamat var olan yerdə” layihəsi çərçivəsində Pərviz Qasımovun konserti
Oktyabrın 26 - da Beynəlxalq Muğam Mərkəzində VI televiziya Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti olacaq. Olaylar bildirir ki, konsert "Muğamat var olan yerdə" layihəsi çərçivəsindədi.
ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirildi
Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Olaylar bildirir ki, təqdimat mərasimində çıxış edən AYB –nin katibi Rəşad Məcid bildirib ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr Konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.
Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bilik Fondunda
Oktyabrın 9-da Sudan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Mohammed Elballa Osman Mohamed Bilik Fondunun qonağı olub. Olaylar bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə iki ölkənin dövləti və xalqlar arasında maarifləndirmə istiqamətində əlaqələrin genişlənməsinə xidmət edə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor rəhbərlik etdiyi qurumun, xüsusən, beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib, Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrin təmsilçiləri olan elm adamlarının cəlb olunduqları layihələrin mahiyyətindən danışıb.
Moura: "Məqsədim PSJ-nin əsas heyətində yerimi geri qaytarmaqdır"
PSJ-nin yarımmüdafiəçisi Lukas Moura yeni komandanın əsas heyətinə qayıtmaq əzmində olduğunu qeyd edib. Braziliyalı havbek 2018-ci il dünya çempionatına yollanmaq üçün bunu əsas hədəf kimi göstərib. "Artıq qaydasında qidalanıram. Pizza, barbekyu yemirəm.
"Manşester Yunayted"in əfsanəsinə çevrilən 2 futbolçunu əldən qaçırmışdım"
"Liverpul"un sabiq baş məşqçisi, hazırda isə futbol eksperti kimi çalışan Qrem Suness vaxtilə transfer etməyə yaxın olduğu 2 futbolçunun adını çəkib. Şotland mütəxəsis onların daha sonra "Manchester United"də yaddaqalan iz qoyduqlarına diqqəti çəkib.
Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək
Tayvanın “TSMC” şirkətinin qurucusu və indiki baş direktoru Morris Çan “Reuters” nəşrinə müsahibəsində gələcəklə bağlı öz fikirlərini səsləndirib.
“USB” interfeysinin sürəti 2 dəfə artırılacaq
“USB 3.0” standartının spesifikasiyalarının hazırlanmasına nəzarəti həyata keçirən “USB 3.0 Promoter Group” təşkilatı eyniadlı interfeysin spesifikasiyalarının yenilənməsini açıqlayıb.
2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi olacaq
“StatCounter” servisinin məlumatına istinadən “TechRadar” nəşrinin proqnozuna görə, 2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi ola bilər. Statistikaya görə, 2017-ci ilin sentyabrında masaüstü fərdi kompüter (FK) və noutbukların 39,3%-i “Windows 10” sistemi ilə işləyib ki, bu da ötən ayla müqayisədə 1,43% çoxdur. “Windows 7” sisteminin bazar payı isə 1,11% azalaraq 44% olub.
“Google” aerostatları Puerto-Rikoda mobil rabitəni bərpa edib
"Google" şirkətinə məxsus ABŞ-ın "Alphabet" holdinqinin innovativ laboratoriyasının mütəxəssisləri "Project Loon" hava şarları vasitəsilə Puerto-Rikonun "İrma" və "Mariya" qasırğalarından ziyan çəkən bir sıra ərazilərində mobil rabitəni qismən bərpa etməyə nail olublar.
“Discovery” və “Google” virtual səyahətlər layihəsi üzərində işə başlayır
Məşhur “Discovery” televiziya kanalı “Google” internet şirkəti ilə səylərini birləşdirərək 38 virtual səyahət toplusundan ibarət unikal layihə üzərində işə başlayacaq. Layihəyə görə, Yer kürəsinin bu və ya digər guşəsini görmək istəyən insanlar tezliklə evlərini tərk etmədən öz arzularını həyata keçirə biləcəklər.






.jpg)







