"Manşester Yunayted"in əfsanəsinə çevrilən 2 futbolçunu əldən qaçırmışdım"
"Liverpul"un sabiq baş məşqçisi, hazırda isə futbol eksperti kimi çalışan Qrem Suness vaxtilə transfer etməyə yaxın olduğu 2 futbolçunun adını çəkib. Şotland mütəxəsis onların daha sonra "Manchester United"də yaddaqalan iz qoyduqlarına diqqəti çəkib.
9 Oktyabr 2017 20:00 İdman"Liverpul"un sabiq baş məşqçisi, hazırda isə futbol eksperti kimi çalışan Qrem Suness vaxtilə transfer etməyə yaxın olduğu 2 futbolçunun adını çəkib. Şotland mütəxəsis onların daha sonra "Manchester United"də yaddaqalan iz qoyduqlarına diqqəti çəkib.
"Mən sonda "Mançester Yunayted"in əfsanələrinə çevrilən 2 futbolçunu əldən çıxarmışdım. Bizim baş skaut Ron Yeyts mənə dedi ki, nəzərində gənc sanimarkalı qapıçı - Peter Şmexeli saxlayıb. O, "Liverpul" azarkeşidir. Hətta öz hesabına bura gəlib oteldə nömrə tutmağa da hazırdır. Həmin vaxt təcrübəli Bryus Qrobbeları tədricən əsas heyətdən uzaqlaşdırmaq barədə düşünürdüm. Üstəlik Devid Ceymsin də transferini həll etmə üzrə idim. Buna görə fikirləşdim ki, bizə təcrübəsiz qolkiper lazım deyil.
Əldən qaçırdığım digər futbolçu Erik Kantonadır. Biz evdə "Okser"ə qarşı oynayırdıq. Matçdan sonra Mişel Platini mənə baş çəkdi. Dedi ki, komandada problemli, amma bacarıqlı futbolçusu var. Bu Kantona idi. Amma o vaxtı mənə ikinci problemli oyunçu gərək deyildi. "Liverpul"un heyətində belələri çox idi. Öz başağrımı artırmaq istəmədim. Buna görə Platiniyə nəzakətlə "yox" dedim və başqa cür futbolçu axtardığımı bildirdim".
Suness 1991-94-cü illərdə "Mersesaydlılar"ın baş məşqçisi olub. Goal.az