Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bilik Fondunda

Oktyabrın 9-da Sudan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Mohammed Elballa Osman Mohamed Bilik Fondunun qonağı olub. Olaylar bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə iki ölkənin dövləti və xalqlar arasında maarifləndirmə istiqamətində əlaqələrin genişlənməsinə xidmət edə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor rəhbərlik etdiyi qurumun, xüsusən, beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib, Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrin təmsilçiləri olan elm adamlarının cəlb olunduqları layihələrin mahiyyətindən danışıb.

Oktyabrın 9-da Sudan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Mohammed Elballa Osman Mohamed Bilik Fondunun qonağı olub. Olaylar bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə iki ölkənin dövləti və xalqlar arasında maarifləndirmə istiqamətində əlaqələrin genişlənməsinə xidmət edə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor rəhbərlik etdiyi qurumun, xüsusən, beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib, Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrin təmsilçiləri olan elm adamlarının cəlb olunduqları layihələrin mahiyyətindən danışıb.

O.Səmədov Bilik Fondunun "Səfir saatı" klubu çərçivəsində diplomatlarla gənclərin mütamadi görüşlərinin keçirildiyini xatırladaraq, Sudanlı diplomatı kluba üzv olmağa dəvət edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla 2017-ci ilin ölkədə "İslam Həmrəyli İli" elan edildiyini deyən icraçı direktor məhz bu ilin işığında birgə tədbirlərlə bağlı təkliflər səsləndirərək bildirib ki, Fond Sudanın elm və incəsənət xadimlərinin Azərbaycanın müxtəlif bölgələrində görüşlərini, mühazirələrini təşkil edə, tələbələrin, ölkəmiz barədə daha dolğun bilgilər almaları üçün tədbirlər hazırlaya, hər iki ölkənin gəncləri arasında informasiya mübadiləsi yarada, diplomat xanımların klubuna sudanlı diplomatların xanımlarını üzv yaza bilər.

Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mohammed Elballa Bilik Fonduna dəvət olunduğuna və ətraflı məlumata görə minnətdarlığını bildirib. Azərbaycanın bütün sahələrdə, xüsusən elm, təhsil sahəsində sürətlə inkişafından söz açan diplomat beynəlxalq konfranslara ev sahibliyi etməsini ölkənin dünyada artan nüfuzu ilə əlaqələndirib.

Mohammed Elballa deyib ki, Sudan Azərbaycanı həm BMT-də, həm də Avropa Şurası Parlament Assambleyasında daim dəstəkləyir, Qarabağ münaqişəsi mövzuzunda birmənalı ölkəmizin yanında olduğunu bəyan edir. Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bilik Fondu rəhbərliyinin təkliflərindən məmnun qaldığını və birgə tədbirlərin keçirilməsinə hazır oldqularını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31