Kiyevdə nəqliyyat infrastrukturuna ziyan dəyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko şəhərin Darnitski rayonunda nəqliyyat infrastrukturu obyektinin zədələndiyini bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində ərazidəki yanacaqdoldurma məntəqələrindən birində də yanğın baş verib. İlkin məlumata görə, nəqliyyat infrastrukturu obyektinə zərər dəyib və hadisə yerinə təcili xidmətlər cəlb olunub.
Bundan əvvəl Kiyevin Qoloseevski rayonunda anbar və yanacaqdoldurma məntəqəsinə ziyan dəydiyi, anbarlarda yanğın baş verdiyi bildirilmişdi. Həmçinin Solomenski rayonunda nəqliyyat müəssisəsinin ərazisində yanğın qeydə alınıb.
Kiyevdə səhər saatlarında hava hücumu xəbərdarlığı elan olunub və xəbərdarlıq iki saatdan çox davam edib. Şəhərdə partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31