ADGTT-da “Səhnə” kitabının təqdimatı keçirildi
Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Olaylar bildirir ki, təqdimat mərasimində çıxış edən AYB –nin katibi Rəşad Məcid bildirib ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr Konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.
9 Oktyabr 2017 20:23 MədəniyyətOktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin "Səhnə" adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Olaylar bildirir ki, təqdimat mərasimində çıxış edən AYB -nin katibi Rəşad Məcid bildirib ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr Konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitab Mədəniyyət və Turizm Nazirliyi ilə "525-ci qəzet"in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.
Tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev gənc yazarı təbrik edərək bildirdi ki, Pərvin ciddi yazılarla özünü təqdim etməyi bacarıb.Tədbirdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar, yazıçı Sabir Rüstəmxanlı, Xalq artsiti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, dramaturq Əli Əmirli, .BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, Himalay Qasımov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi Pərvinin yazılarının məziyyətlərindən, şəxsi keyfiyyətlərindən söz açdılar. Bildirdilər ki, Pərvin gənc yazar olaraq ədəbiyyata yeni bir nəfəs gətirib. Pərvinin Anar müəllimin yaradıcılığına müraciətinin, onu bu qədər dərindən öyrənməyinin bir böyük səbəbi də Anarın hər iki baxımdan dərin fəlsəfəsinin, azərbaycançılıq ideyasının qabarıq olmasındadır.
Sonda müəllif, Pərvin Nurəliyeva ad günü ərəfəsində təqdim edilən kitabın ərsəyə gəlməsində ona dəstək olan hər kəsə dərin təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, insanın ətrafında onu sevən insanlar varsa, sürətlə ötüb keçən illər ona təsir edə bilməz.