Gündəm

2017-ci ilin ən yaxşı smartfonları bəlli olub

9 Oktyabr 2017 19:20

“TechRadar” tərəfindən təşkil edilmiş “Mobile Choice Consumer Awards 2017” illik mərasimində 2017-ci il üzrə mobil bazarla bağlı ən yaxşı smartfon, servis və məhsulların adı açıqlanıb. “Samsung” şirkəti iki ən nüfuzlu mükafata layiq görülüb. Cənubi Koreya şirkəti ən yaxşı istehsalçı, “Galaxy S8” isə 2017-ci ilin ən yaxşı smartfonu adına layiq görülüb.

“BlackBerry Motion” smartfonunun şəkli dərc edilib

9 Oktyabr 2017 19:15

Məşhur insayder Evan Blanss bu günlərdə “BlackBerry” brendinin məxsus olduğu “TCL” şirkətinin yeni smartfonunun üst hissəsinin fotoşəkilini dərc edib. Əvvəllər “TCL” şirkətinin “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “BlackBerry Krypton” adlı smartfon hazırlaması barədə məlumatlar yayılsa da, indi onun “Motion” adlanacağı məlum olub.  

23 meqapiksellik kamera ilə təchiz edilmiş “ZenFone V” smartfonu təqdim edilib

9 Oktyabr 2017 19:10

Tayvanın “ASUS” şirkəti tərəfindən təqdim edilmiş yeni “ZenFone V” smartfonu qabaqcıl foto imkanlara malikdir. Qurğunun əsas kamerası 23 meqapiksellik təsvir datçikinə, ikiqat LED işıqlandırıcı, 6 elementli optika, təsvirin optik sabitləşməsi sistemi, elektron stabilizator və 0,03 saniyə ərzində işə düşən lazer avtofokusuna malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

Rəşad Sadiqov: "UEFA-nın səhvinə görə təəssüflənmədim"

9 Oktyabr 2017 19:05

Avrokuboklarda ən çox qol vuran azərbaycanlı futbolçuyam. Qollarımdan ən yaxşısını İtaliyada "İnter"ə vurmuşam. Avropa Liqasının qrup mərhələsinin son oyunu idi. Doğrudan da, zərbəm möhtəşəm alınmışdı. Ən yaddaqalan qolum budur.

AMEA-ya qəbul olunmuş magistrantlara xəbər var

9 Oktyabr 2017 18:55

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 2017-2018-ci tədris ilində AMEA-nın magistratura pilləsinə qəbul olunan tələbələrin dissertasiya mövzuları ilə bağlı bir sıra elmi müəssisələrin direktorları və magistrantların elmi rəhbərləri ilə görüş keçirilib. 

Oğurluğa görə tutulan futbolçu azadlığa çıxdı

9 Oktyabr 2017 18:50

Oğurluğda təqsirkar bilinən futbolçu "Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov artıq azadlığa çıxıb. O, artıq 3 gündür ki, sərbəst buraxılıb.  Sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanmasında şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.

AFFA daha bir futbolçunu milliləşdirdi

9 Oktyabr 2017 18:45

AFFA daha bir türkiyəli futbolçunu milliləşdirib. Bu , "Trabzonspor"un aşağı yaş qruplarında çıxış edən Tayyip Ebrar Cumurdur. Bu barədə qardaş ölkə mətbuatı yayıb. 

"Ona yaxşı Azərbaycan kişisi lazımdır ki, ipini yığsın" - İslamdan aktrisaya sərt sözlər

9 Oktyabr 2017 18:40

O xanım reklam istəyirsə, müraciət etsin mənə, filmlərimdə ona rol verim, yol göstərim". Bu sözləri  aktyor İslam Mehrəliyev aktrisa Tunay Əliyevanın sözlərinə cavab olaraq bildirib.

Məşhur fransız aktyor vəfat edib

9 Oktyabr 2017 18:35

Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib. Məlumata görə, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.

"Mançester Yunayted"in qapıçısı PSJ-nin diqqət mərkəzinə düşüb

9 Oktyabr 2017 18:32

"Mançester Yunayted"in qapıçısı David de Xea PSJ-nin diqqət mərkəzinə düşüb. SİA-nın məlumatına görə, Paris klubu 26 yaşlı qapıçı ilə yanaşı, Tibo Kurtua ("Çelsi") və Canluici Donnarummanı ("Milan") da transfer siyahısına daxil edib.

500 minlik üzüklə xəyanəti bağışladı

9 Oktyabr 2017 18:30

Gecə klubunda iki qızla əylənərkən görüntülənən "Qalatasaray"lı futbolçu Selcuk İnan həyat yoldaşı Cemrenin könlünü ələ ala bilib. Xəyanət xəbərinin mediada yayılmasından sonra Cemre xaricdəki tətilini yarımçıq qoyaraq İstanbula qayıdıb. Cütlüyün arasında yaşanan mübahisədən sonra ailələri məsələyə müdaxilə ediblər.

Qırğızıstanda prezident seçkilərində ATƏT-in müşahidə missiyasına Azərbaycan deputatı rəhbərlik edəcək

9 Oktyabr 2017 18:27

Milli Məclisin deputatı, ATƏTPA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək.

Abbas Bağırov və prodüser arasında QALMAQAL: “Kül sənin kişi başına”

9 Oktyabr 2017 18:25

Prodüser Sultan feysbuk hesabında Əməkdar artist Abbas Bağırovun ünvanına sərt ittihamlar yazıb. Abbasın sosial media hesabında onu bloka atdığını bildirən prodüser bunları yazıb: “Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, instaqramda məni bloka atmısan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Sənə çox olar söyüşlərim”.

"Barselona" Qrizmanı istəyir

9 Oktyabr 2017 18:20

"Barselona" Madridin "Atletiko" klubunun hücumçusu Antuan Qrizmanı heyətinə qatmaq istəyir.  Katalon klubu oyunçunun alınmasını DÇ-2018-in başlamasına qədər rəsmiləşdirməyi planlaşdırır.

Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT

9 Oktyabr 2017 18:15

Qadınlar bədənindəki xoşagəlməz tükləri ənənəvi yollarla təmizləməyə ömrünün 1000 saatını sərf edir.  Bu barədə dəri xəstəxanasının qurucusu həkim Levent Türbedar məlumat verib: "Xoşagəlməz tüklərdən xilas olmağın ən təsirli yollarından biri lazer epilyasiyasıdır. Xüsusilə qadınlar üçün bu, inqilabi üsuldur. Çünki qadınlar əsrlərdir ki, tüklərdən xilas olmaq üçün mübarizə aparır və həyatının 1000 saatını ona sərf edir. Halbuki, onlar tükləri təmizlədikləri vaxtı özlərinə və inkişaflarına sərf edə bilərlər.