Gündəm

Məşhur cütlük ayrıldı

9 Oktyabr 2017 18:10

Müğənni Serdar Ortaç həyat yoldaşından boşanmaq üzrədir.  2014-cü ildə özündən 20 yaş kiçik modellə evlənən Serdar Ortaçın xanımı Xloya Louqna ilə münasibətləri gərgindir. İddialara görə, cütlüyün münasibətlərinin korlanmasının səbəbi müğənninin tezliklə ata olmaq istəməsidir. Xloya isə buna qarşıdır.

"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ

9 Oktyabr 2017 18:05

"Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir".

Sankt-Peterburqda vağzallar təxliyə edildi - BOMBA həyəcanı

9 Oktyabr 2017 18:03

Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib. Məlumata görə, bomba qoyulması barədə zəngdən sonra şəhərin Baltik, Fin və Vitebsk vağzalları bağlanıb. Təxliyədən sonra vağzallarda axtarışlar aparılıb, lakin hər hansı bir şübhəli maddə aşkar edilməyib. Bundan başqa şəhər administrasiyasnın bir sıra komitə binalarında təxliyələr həyata keçirilib.

Kreml YPG ilə Suriyanı müzakirə etdi

9 Oktyabr 2017 18:02

Kürd Özünümüdafiə Qüvvələrinin (YPG) rəsmi nümayəndələri Moskvada Suriyadakı durumu müzakirə edib.  Rusiyalı məmurların dəvəti ilə Moskvaya gedən kürd rəsmiləri Suriya ilə bağlı vahid strategiyanın hazırlanmasını vacib sayıblar.

Azərbaycanda qeyri-rəsmi məşğulluqla mübarizə gücləndirilir

9 Oktyabr 2017 18:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda məqsəd ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.

ABŞ-ın Türkiyədəki səfirliyində daha bir nəfər həbs edildi

9 Oktyabr 2017 17:54

ABŞ Türkiyədəki səfirliyində qurumun əməkdaşı Metin Tvizdən başqa, bir nəfərin də həbs olunduğu barədə məlumat yayılıb. Hələlik həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun da casusluqda ittiham olunduğu bildirilir. Məlumata görə, həmin şəxsin yaxınları - oğlu və həyat yoldaşı da həbs edilib.

Almaniya Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün şərtini açıqlayıb

9 Oktyabr 2017 17:45

Almaniya Türkiyə ilə son dövrdə gərginləşən münasibətlərin yaxşılaşdırılmasının şərtini açıqlayıb. Almaniya xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Türkiyədə siyasi səbəblər üzündən həbs edilən Almaniya vətəndaşları azad edildikdən sonra iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması barədə düşünmək olar.

Qırğızıstanda çevriliş gözlənilir

9 Oktyabr 2017 17:39

Qırğızıstan prezidenti Almazbek Atambayev MDB ölkələrinin Dövlət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçiriləcək toplantısına qatılmayacaq.

“Təhsil və Karyera” sərgisinin ən çox ziyarət edilən stendi

9 Oktyabr 2017 17:35

Yarandığı gündən tələbə və gənclərə hər zaman dəstək göstərən, onlarla bağlı müxtəlif sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir. Azercell-in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır, artıq neçə illərdir ki, şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bacarıqlı gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir ki, bu da təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.

Medvedev İŞİD-i məhv etməyin yolunu açıqladı

9 Oktyabr 2017 17:33

Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrinə çağırış edib. Baş nazir bütün dövlətlərindən qəzəblərini və fərqliliklərini bir kənara buraxaraq, sivilizasiyaya meydan oxuyan İŞİD və digər terror təşkilatlarına qarşı birləşməsini istəyib.

“İslam həmrəyliyi və tariximiz” mövzusunda konfrans keçirilib 

9 Oktyabr 2017 17:32

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

“Azərsu”da elektron xidmətlərin sayı 11-ə çatıb

9 Oktyabr 2017 17:31

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. Bu sahədə bu sahədə zəruri işlər aparılaraq “Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidmətinin göstərilməsinə başlanılıb.

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

9 Oktyabr 2017 17:29

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Binəqədi şossesində təmir işlərinə başlanılacaq

9 Oktyabr 2017 17:29

Yaxın günlərdə Binəqədi şossesində “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir. Binəqədi şossesində yenidən qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şosse boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb.

"Qarabağ"ın futbolçusu qələbəyə sevindi

9 Oktyabr 2017 17:03

DÇ-2018-in seçmə mərhələsində Norveç öz meydanında Şimali İrlandiya ilə qarşılaşıb.  Meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə "Qarabağ"ın futbolçusu Tarik Elyunussi də iştirak edib. Norveç millisinin yarımmüdafiəçisi matçın 71-ci dəqiqəsində  Muhammed Elyunussini əvəzləyib.