Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planını imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31