Gürcüstan XİN rəhbəri BMT-nin tədbirində: Regional sabitlik, ABŞ tərəfdaşlığı və Aİ-yə inteqrasiya – ÖZƏL

Olaylar.az xəbər verir ki, sentyabrın 21-də Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən illik "Konkordiya" sammitinə qatılıb. "Cənub-Şərqi Avropa və Qara dəniz sabitliyin dayağı kimi" adlı panel müzakirəsində çıxış edən nazir Cənubi Qafqazın artan qlobal əhəmiyyətini, Gürcüstanın geostrateji rolunu və regionda sülhün təmin edilməsindəki töhfələrini vurğulayıb.

Maka Boçorişvili Gürcüstanın uzun illər ABŞ və NATO missiyalarına dəstək verdiyini və bu onilliklər ərzində formalaşan tərəfdaşlıqla qürur duyduqlarını bildirib. O, həmçinin ABŞ-nin Ermənistan və Azərbaycan arasındakı sülh prosesində iştirakının region üçün yeni imkanlar açdığını qeyd edib.

Nazir Aİ-yə inteqrasiyanın Gürcüstan üçün tarixi və mənəvi bir məsələ olduğunu vurğulayaraq bildirib ki, yeni geostrateji tərəfdaşlıqların qurulması ölkənin Aİ üzvlüyü canatmasından imtina etməsi demək deyil. Bundan əlavə, son illərdəki yüksək iqtisadi artım göstəricilərinin yeni investisiyalar üçün zəmin yaratdığını və mürəkkəb dövrə baxmayaraq ölkədə təhlükəsizliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31