Gündəm

"Hürrəm Sultan" tablosu SATILDI

27 Oktyabr 2017 13:52

18-ci əsrə aid olan Hürrəm Sultan tablosu satıldı. Olaylar bildirir ki, tablo 7 min 500 sterlinqə satılıb. Rəsm əsərinin satışı Londonda İslam sənət əsərlərinin yer aldığı mərkəzdə reallaşıb.

Bərzaninin istefa iclası niyə baş tutmadı? – Şok açıqlama

27 Oktyabr 2017 13:47

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani istefaya getməyə hazır idi, amma ABŞ-ın təyziqi ilə bunu etmədi. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Demokratik Partiyasının Moskvadakı nümayəndəliyinin rəhbəri Xoşavi Babəkr söyləyib.

Moldova məşhur rus ekspertini ölkəyə buraxmadı

27 Oktyabr 2017 13:38

Moldova Sərhəd Xidməti rusiyalı məşhur siyasi ekspert Mixail Delyagini ölkəyə buraxmayıb. Delyagin Moldovadan dünən gecə Moskvaya geri göndərilib. Sərhəd Xidməti Delyaginin arzuolunmaz şəxs elan edildiyinə görə ölkəyə girişinin qadağan olunduğunu bildirib.

İŞİD-çilər Avropadan aylıq sosial təminat alırmış

27 Oktyabr 2017 13:33

Fransada 100-dən çox cihadçı ölkəni İŞİD sıralarına qoşulmaq üçün tərk etdikdən sonra belə sosial müavinətlərini mütəmadi olaraq almağa davam edib.  Fransada və digər Avropa ölkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2012-ci ildən 2016-cı ilə qədər terrorçular qeyri-qanuni olaraq öz ölkələrindən 2 milyon avrodan çox sosial müavinət alıblar.

Runi zibil yığır - Məhkəmə qərarı 

27 Oktyabr 2017 13:32

Sərxoş halda avtomobil idarə etdiyi üçün ötən ay saxlanılan "Everton"un hücumçusu Ueyn Runinin ictimai işlərə cəlb edilməsi barədə məhkəmə qərarı dünəndən qüvvəyə minib. İngiltərə futbolunun canlı əfsanəsi Makklsfilddəki parklardan birində işləyərkən görünüb. O, burada oturacaqları rəngləyir və zibil yığırmış. Ətrafdakı insanların verdiyi xəbərə görə, Runi bu zaman çox kefsiz görünürmüş. 

Kataloniya bu gün yekun qərar verəcək

27 Oktyabr 2017 13:29

İspaniyanın Kataloniya muxtar vilayəti rəhbərliyinin bu gün müstəqillik elan edib-etməyəcəyi məlum olacaq. Məlumata görə, Kataloniya parlamenti bugünkü iclasda məsələ ilə bağlı qərar verəcək.

Radikallar müxalifətçilik uğrunda mübarizə aparırlar?

27 Oktyabr 2017 13:26

Radikal müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlayırlar və hazırda “hakimiyyətə gəlmək” adı altında müxalifətçilik edirlər. Daha doğrusu, müxalifətçi adını saxlamağa cəhdlər edirlər. Çünki ictimai rəydə əsaslı olaraq belə bir fikir formalaşıb ki, artıq ölkədə müxalifət deyilən amil qalmayıb. Burada əsas günah isə məhz müxalifət “liderlərinin” özlərindədir. 

"İstəyirəm bu sənəti atım..." - Əməkdar artist şikayətləndi - VİDEO 

27 Oktyabr 2017 13:22

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Natiq Şirinov maraqlı açıqlamalar verib. Qrupun rəhbəri Natiq Şirinov yenicə qayıtdıqları qastrol səfərləri ilə bağlı təəssüratlarını bölüşdü.

Bacısının ərinə aşiq olan qadından ona qarşı vəhşilik

27 Oktyabr 2017 13:19

Yeznəsinə aşiq olan qadın bacısını öldürüb. Dayə işləyən qadın bacısının boğazını və əlini kəsib öldürdüyünə görə ömürlük həbs cəzası alıb. İngiltərənin Bedfordşir qraflığında yaşayan Pakistan əsilli Sabah Xan adlı 27 yaşlı qadın bacısının əriHefeez Rehman-a aşiq olub. Onlar bir neçə dəfə cinsi əlaqədə olublar. Bir müddət sonra Rehmanın ona qarşı diqqəti azalıb. Bundan qıcıqlanan qadın Rehmanı bacısına qısqanıb. O, Rehmanı bacısının əlindən almaq istəyib.

İtaliyada nəqliyyatın işi iflic oldu - Tətil dalğası

27 Oktyabr 2017 13:11

İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib. Məlumata görə, elan olunan tətillə əlaqədar avtobuslar, qatarlar, gəmi və təyyarələr fəaliyyətini dayandırıb.

DQ-a qanunsuz səfərlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac varmı?

27 Oktyabr 2017 13:08

“Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısı yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra alına bilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün Azərbaycan bu ərazilərə qanunsuz səfər edənləri cəzalandırmaqdan başqa heç nə edə bilmir”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Araz Əlizadə: “Əli Kərimli xarici ağaları qarşısında nüfuzunu artırmağa çalışır”

27 Oktyabr 2017 13:06

"“Milli Şura” ölü qurumdur. Ölünün də qıdığı gəlməz. Kimsə uğursuz mini aksiyalarda terror aktı törətmək istəyirsə, bu, ancaq bataqlıq içində boğulan Əli Kərimliyə ucuz şöhrət gətirmək məqsədi daşıyır”. Bunu  Azərbaycan Sosial Demokratik Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

"Terror törətmək istəyənlərlə Əli Kərimli arasında əlaqə araşdırıla bilər"- ŞƏRH

27 Oktyabr 2017 13:05

“Mitinq keçirmək yalnız Əli Kərimlinin özünə, biznesini davam etdirmək və onu himayə, idarə edən qrupların maraqlarını ifadə etmək üçün lazımdır”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

Nazarbayev yeni Kazak alfabesini onayladı yeni Kazak alfabesini onayladı

27 Oktyabr 2017 13:00

Kazakistan Cumhurbaşkanı Nursultan Nazarbayev, Latin harflerinin kullanıldığı yeni Kazak alfabesini onayladı. Kazakistan Cumhurbaşkanı Nursultan Nazarbayev, Kiril alfabesinden Latin alfabesine geçişle ilgili kararnameyi imzaladı. Kazakistan Cumhurbaşkanlığı resmi internet sayfasında yayımlanan kararnamede, alfabe değişimi için komisyon kurulacağı belirtilerek, Latin alfabesine geçişin 2025 yılına kadar kademeli olarak sağlanacağı kaydedildi.