Araz Əlizadə: “Əli Kərimli xarici ağaları qarşısında nüfuzunu artırmağa çalışır”

"“Milli Şura” ölü qurumdur. Ölünün də qıdığı gəlməz. Kimsə uğursuz mini aksiyalarda terror aktı törətmək istəyirsə, bu, ancaq bataqlıq içində boğulan Əli Kərimliyə ucuz şöhrət gətirmək məqsədi daşıyır”. Bunu  Azərbaycan Sosial Demokratik Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

""Milli Şura" ölü qurumdur. Ölünün də qıdığı gəlməz. Kimsə uğursuz mini aksiyalarda terror aktı törətmək istəyirsə, bu, ancaq bataqlıq içində boğulan Əli Kərimliyə ucuz şöhrət gətirmək məqsədi daşıyır". Bunu  Azərbaycan Sosial Demokratik Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərinə görə, Əli Kərimli artıq hesaba alınmayan bir siyasətçidir: "Fakt budur ki, Əli Kərimlini ətrafı da ciddi qəbul etmir. Ona görə də, Ə.Kərimli mənasız şoular yaratmaqla vəziyyətdən çıxmağa və bununla da öz qiymətini artırmağa uğursuz cəhd edir. Xüsusilə də, xarici ağaları qarşısında nüfuzunu artırmağa çalışır".

Araz Əlizdə "Milli Şura"nın mitinqlər seriyasını davam etdirilməsinin onların öz ziyanlarına olduğunu bildirib: "Bu mitinqlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki onlar nə qədər çox mitinq keçirsələr də və bu mitinqlərə nə qədər az insan toplasalar bir o qədər özlərini ifşa edəcəklər. Bununla onlar göstərirlər ki, xalqın onlara dəstəyi yoxdur. Mitinqlərə ancaq öz qohum-əqrabalarını və pul müqabilində aksiyalara qoşulan insanları yığırlar. Bu isə onların növbəti ifşasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31