Gündəm
İzmir'de otomobil üst geçidin ayağına çarptı: 2 ölü, 3 yaralı
İzmir'de üst geçidin ayağına çarpan araçtaki polislerden 2'si yaşamını yitirdi, 3'ü yaralandı. İzmir'in Bornova ilçesinde üst geçidin ayağına çarpan otomobildeki polislerden2'si yaşamını yitirdi, 3'ü yaralandı. Konak'tan Bornova yönüne giden, sürücüsünün kimliği henüz belirlenemeyen 45 HA 1632 plakalı otomobil, Ankara Caddesi Kazımdirik Mahallesi yakınlarındaki üst geçidin ayağına çarptı.
Sabah güclü külək olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Meral Akşener'in sağ kolu belli oldu
İYİ Parti’nin Başkanlık Divanı görev dağılımı belli oldu. Genel Başkanlığını Meral Akşener’in yaptığı İYİ Parti’nin bugün basına kapalı yapılan toplantısında Başkanlık Divanı görev dağılımı belli oldu.
Maxtal, Saxa-təşəkkürlər, Saxla!
DGTYB Məsləhət Şurasının (DGTYB GƏNƏŞİnin) başqanı Əkbər Qoşalı bugünlərdə Saxa (Yakutiya) Yazıçılar Birliyinin başçısı, Xalq şairi Natalya xanım Xarlampievanın dəvəti ilə Saxa (Yakutiya) Respublikasında səfərdə olub.
"Musiqinin Məcnunu" filmi təqdim olundu
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı və bərpaçısı, görkəmli alim, Xalq artisti, professor Məcnun Kərimin xatirəsinə həsr olunmuş "Musiqinin Məcnunu" filminin təqdimatı keçirilib.
Konteynerlərin daşınması “ADY Konteyner” MMC – yə həvalə olunub
Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC – də “ADY Konteyner” MMC – nin yaradılması barədə qərar qəbul edilib.
Avropa Şurasının sessiyasında azərbaycanlı gənclər də iştirak edib
Gənclər Təşkilatları Milli Şurası Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”-nin 33-cü sessiyasında təmsil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, Milli Şurasının sədr müavini Aysun Zeynalova iştirakı ilə baş tutan sessiyada Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak edib. İclasda "Gənc təmsilçilər" təmsil etdiyi ölkələrdə və Avropada qarşılaşdıqları məsələləri gündəmə gətiriblər.Milli Şuranın sədr müavini sessiyada Azərbaycanda konqresin gənclər arasında tanınması məqsədilə həyata keçirdiyi tədbirlərin hesabatını təqdim edib.
Şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb
Bu il ölkədə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb. Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova deyib.
Təqsirləndirilən şəxslərdən biri vərəmə yoluxduğu üçün proses təxirə salınıb
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümbətovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Müşavir: “Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır”
“Azərbaycanla Türkiyə arasında təhsil əlaqələri yüksək səviyyədədir”. Bunu Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat bildirib. O, hazırda 15 min azərbaycanlı tələbənin Türkiyədə təhsildığını qeyd edib: “Bu çox ciddi rəqəmdir. Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır”.
Pakistan səfiri: "Kəşmirdə dövlət terrorizmi baş verir"
"Yetmiş il əvvəl Hindistan ordusu Kəşmirin işğalına başlayıb. Kəşmirlə bağlı qəbul edilmiş BMT qətnamələrinə baxmayaraq, bu gün də işğal davam etdirilir". Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand 27 oktyabr - Kəşmirin işğal günü ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 1947-ci ildə baş vermiş bu hadisə ilə əlaqədar hər il Pakistanda 27 oktyabr "qara gün" kimi qeyd edilir.
"Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir"
"Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir"."Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir".
İran vətəndaşı külli miqdarda narkotiklə tutuldu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb.
Polis ölən qadının qohumlarını axtarır
Cari il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol - nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.
Tramp məcbur qaldı - Kennedi sui-qəsdinin sənədləri yayımlandı
ABŞ prezidenti Donald Tramp 1963-cü ildə öldürülən keçmiş prezident Con Kennedinin sui-qəsdi ilə bağlı arxiv sənədlərinin açılmasına icazə verib. Prezidentin cinayət işinə aid 35 000 gizli sənəddən 2800-ü yayımlanıb. Cinayətin detalları ilə bağlı sənədlərin dövlət tərəfindən bilərək gizli saxlanıldığı ehtimal edilirdi. Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu başda olmaqla, bir çox dövlət qurumu istintaq ilə bağlı olan sənədlərin yayımlanmasını əngəlləmək üçün son ana qədər lobbiçilik edirdi.













