Gündəm

Medvedev Ermənistandan narazı qayıtdı

27 Oktyabr 2017 12:20

Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Ermənistana gələn Rusiya nümayəndə heyəti İrəvandan narazı qayıdıb. İclasda mal dövriyyəsi sahəsində mövcüd vəziyyəti göstərən erməni baş nazir Karen Karapetyan və Rusiyanın baş naziri Dmitri Medvedevin statistik rəqəmləri arasında fərq açıq-aşkar hiss edilib.

Fransada tanınmış qapıçı həbs edilib

27 Oktyabr 2017 12:18

Fransanın “Lans” klubunun qapıçısı Nikolas Douçez həbs olunub. O, sevgilisini döydüyünə görə tutulub. “Lans” klubu isə mətbuatda çıxan iddiaları diqqətlə izlədiklərini açıqlayıb. Mövzu ilə bağlı şərh vermək istəmədiklərini bildiriblər.

Putin təlimdə - 4 ballistik raketin buraxılışı həyata keçirildi

27 Oktyabr 2017 12:17

Rusiya prezidenti Vladimir Putin strateji nüvə qüvvəsinin idarə edilməsi üzrə təlimdə iştirak edib. Təlimdə Topol adlı mərmi minlərlə kilometr məsafədəki Kamçatka yarımadasındakı hədəf götürüb. Bir neçə dəfə təıxirə düşən təlimdə 4 ballistik raketin buraxılışı həyata keçirilib.

Bardakı qızı evinə gətirdi, 2 dostu ilə birgə yeyib-içdilər, sonra... - Ruslardan Bakıda DƏHŞƏTLİ ƏMƏL

27 Oktyabr 2017 12:07

Bakıda barda tanış olduğu qadını öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

MTRŞ efirdə yayımlanan reklam çarxında təhqiramiz ifadələr aşkarlayıb

27 Oktyabr 2017 12:03

“Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır”. Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

“Muğamı sevməmək mümkün deyil”

27 Oktyabr 2017 12:01

2013 – cü ildə Muğam müsabiqəsinin qalibi olan Ayşən Mehdiyevanın yaxın günlərdə solo konserti gözlənilir. Öz ifa tərzi, dəsti – xətti ilə seçilən gözəl səsli xanəndəmiz Ayşən Mehdiyeva bu sənət yolunda ustad xanəndələrimizin “ələyi”n- dən keçmiş ifaçıdı.   “Olaylar”-ın qonağı olan gənc xanəndə Ayşən Mehdiyevanın müsahibəsini təqdim edirik.

Azərbaycanda əhali qripə qarşı pulsuz vaksinasiya edilə bilər?

27 Oktyabr 2017 11:50

Azərbaycanda dövlət tərəfindən əhali arasında qrip əleyhinə planlı qaydada peyvəndləmə işləri aparılmır. Bunu  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı təqdim olundu

27 Oktyabr 2017 11:48

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığıyla Azərbaycanın Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı yenidən nəşr olunan kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik F.Qasımzadənin ədəbi-tənqid sahəsində fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova təqdimatı MEK üçün tarixi hadisə adlandırıb. Leyla İmanova qeyd edib ki,  vəsait MEK oxucularının böyük hissəsini təşkil edən tələbə auditoriyası, müəllim heyəti üçün xüsusi önəm kəsb edir. Ona görə də, kitab müəllif hüququ sahibi Nigar Feyzulla qızı tərəfindən elektron versiyada MEK-ə təqdim olunub və müəllif hüququ müqaviləsi imzalanıb.

Azərbaycanda siyasi partiyalarla bağlı təkliflər hazırlanıb

27 Oktyabr 2017 11:48

"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Milli.Az bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Alimlər üç ölçülü canlı beyin hüceyrə modeli yaradıblar

27 Oktyabr 2017 11:46

Amerikalı elm adamları kompüter mühitində üç ölçülü canlı beyin hüceyrə modelini yaradıblar. Allen İnstitutunun məlumatına görə, yaradılan hüceyrə modeli altsheymer və epilepsiya xəstələrinin müalicəsində əhəmiyyətli rol oynayacaq. Araşdırma zamanı 36 nəfərdən götürülən 300 beyin hüceyrəsinin 100-nün neyronlarının quruluşu, anatomiyası və hərəkəti üç ölçülü olaraq ortaya çıxıb. Bunun nəticəsində hüceyrə modeli yaradılaraq institutun nevrologiya bölməsinə göndərilib.

5 yaşında itən qızın 11 il sonrakı halı - Onu izləyən ağ avtomobil kimə aid olub? - VİDEO

27 Oktyabr 2017 11:40

Türkiyənin Tv8 ekranlarından yayımlanan "Gerçeğin Peşinde" verlişi maraqlı bir sınaq həyata keçirib.

Bakıda 3 otaqlı ev yanıb

27 Oktyabr 2017 11:35

Paytaxtda 3 otaqlı ev, qarajında avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 5 kv.m sahədə, dəhlizin lambirdən ibarət tavanı 2 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Atəşkəs rejimi 118 dəfə pozulub

27 Oktyabr 2017 11:31

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. 

Trampa SƏRT REAKSİYA: “Bişəcəyik, qızaracağıq, yanacağıq”

27 Oktyabr 2017 11:20

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristinan Laqarde qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı sərt açıqlama verib. O, bu barədə Səudiyyə Ərəbistanında keçirilən iqtisadi forumda çıxış edib: “Ətraf aləmin problemlərini həl etməsək, önümüzdəki 50 ildə bizi qaranlıq bir gələcək gözləyir.

Eyfel qülləsi idman meydançasına çevrilir

27 Oktyabr 2017 11:19

Parisin əsas simvollarından biri hesab olunan tarixi Eyfel qülləsində qolf meydançası yaradılacaq. Təxminən 57 metr yüksəlikdə yaradılacaq qolf meydançasının layihəsi Fransanın İdman Federasiyası tərəfindən irəli sürülüb. Layihə çərçivəsində Avropa və ABŞ-dan olan ən peşəkar komandalar (qolfçular) arasında turnirlər keçiriləcək. Eyfel qülləsində qolf oynamaq noyabrın 5-dək mümkün olacaq.