Gündəm
Sudanın Azərbaycandakı fəxri konsulu “ASAN xidmət”də
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun dəvəti ilə Bakıda səfərdə olan Sudanın Azərbaycandakı fəxri konsulu Tarıg Hamza Zeynəlabdin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
ABŞ ETİRAF etdi: “Peşmərgə dostumuzdur”
ABŞ xarici işlər naziri Reks Tillerson İraqın baş naziri Heydər əl-İbadiyə müaricət edib. R.Tillerson İraqı İranın təsirinə qarşı dirənməyə və öz ayaqları üzərində durmağa çağırıb. O, bu barədə İsveçrənin Cenevrə şəhərində qatıldığı bir tədbirdə çıxış edib: “Şimali İraqda keçən ay ortaya çıxan gərginlik bizi çox qayğılandırdı. ABŞ Bağdad və Kürd Muxtariyyəti bölgəsindəki dostlarımız da daxil, bütün iraqlıların dostudur. Son gərginliklə bağlı olaraq tərəflərin hələ də sülhpərvər bir həll yoluna çıxmamasından dolayı üzgünük”.
PKK-ya böyük zərbə: ABŞ-ın silah yardımı yolu bağlandı
İraq ordusu Ərbil-Haseki xəttindəki Yarubiyə sərhəd qapısını nəzarəti altına alıb. Bu sərhəd qapısı PKK terror təşkilatı üçün olduqca əhəmiyyətli idi. Çünki ABŞ 2014-cü il sentyabr ayından etibarən təşkilata məhz bu yolla silah-sursat və zirehli avtomobillər göndərirdi.
Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri bolqar dilində
Görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə ədibin “Maral” və “Şeyda” əsərləri bolqar dilində çap edilib. Olaylar bildirir ki, hər iki kitabın tərtibçisi və ön sözün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. “Maral” əsərini bolqar dilinə tərcümə edənlər - Momçil Şopov, Janet Nikolova, redaktoru Sofiya Şiqaevadır. “Şeyda” əsərinin bolqar dilinə tərcüməçisi Sofiya Şiqaeva, redaktoru isə Veneta Yankovadır.
Əhalinin sayı açıqlandı - Naxçıvanda
Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 sentyabr 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 931 nəfər artdığını açıqlayıb.
4,6 bal gücündə zəlzələ
İslandiyada 4,6 bal gücündə zəlzələ baş verib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Reykyavikdən 207 kilometr şərqdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.
Sərnişin avtobusunun sürücüsü döyüldü - Bakıda
Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb. Hadisə metronun Koroğlu stansiyası yaxınlığında baş verib. 70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib.
Qazaxıstan prezidenti latın qrafikasına keçid haqqında fərman imzaladı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına mərhələli keçidi haqqında fərman imzalayıb. Fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.
Ən çirkli şəhərlərin REYTİNQİ
«Frankfurter Rundschau» dünyanın ən çirkləndirilmiş şəhərlərinin reytinqini tətbiq edib. Şəhərlərin bəzilərində respirator taxmaq, bəzilərində toz yağışlarından, bəzilərində həddən artıq çox avtomobilin ətraf mühitə vurduğu zərərli təsirlərdən qorunmaq lazım olur. Bakıda da ekoloji vəziyyət ürəkaçan deyil: şəhər karbohidrogenin yüksək konsentrasiyasından əziyyət çəkir.
Açıq satılan turşular öldürə bilər - DİQQƏTLİ OLUN!
Ev şəraitində turşu hazırlayanlar bir çox hallarda standartlardan xəbərsiz olurlar. Və nəticədə isə elə bu halda bazara çıxarılan turşuların əksəriyyəti lazımi analizlərdən keçmədiyindən zəhərlənmələrə və digər həyati təhlükələrə gətirib çıxara bilir. Ev şəraitində hazırlanan turşular yoxlamadan keçirilmədən bazarlarda satışa çıxarılır. Satıcılar məhsulların yoxlamadan keçdiyini desələr də, sənəd təqdim etməkdə çətinilik çəkirlər.
Yeznəsinə aşiq olan qız bacısına 68 bıçaq vurdu
İngiltərədə yaşayan pakistanlı ailədə ağlasığmaz cinayət hadisəsi baş verib. Bacısının əri Hafiz Rəhmanla dörd ildir gizli sevgi həyatı yaşayan 27 yaşlı Sabah Xan münasibətlərini rəsmiləşdirmək üçün cinayətə əl atıb. O, 34 yaşlı bacısına 68 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
BMT-yə məxsus avtomobil partladıldı
Ermənistanın baş naziri kriminal avtoritetlərlə “blok” yaradır
Ermənistanın baş naziri Karen Karapetyan öz əlaltısı don Piponun köməyi ilə kriminal avtoritetləri səfərbər edir. Bu barədə "Jamanak" qəzeti yazıb. "Baş nazir Karen Karapetyan 2018-ci ildə öz siyasi proqramlarını həyata keçirmək üçün erməni mənşəli Rusiya sahibkarlarını-kriminal avtoritetləri səfərbər etməyə cəhdlər göstərir. Kifayət qədər etibarlı mənbələrdən məlum olub ki, Ermənistan baş nazirinin maraqlarının müdafiəsi kimi "müqəddəs işi" Ruben Tatuyan (Robson) və Artur Asatryan (don Pipo) kimi məşhur kriminal avtoritetlər öz üzərlərinə götürüblər", - deyə nəşr vurğulayıb.
Bu rayonda qaz olmayacaq
Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 "B" ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan təlabatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.








.jpg)





