Sudanın Azərbaycandakı fəxri konsulu “ASAN xidmət”də
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun dəvəti ilə Bakıda səfərdə olan Sudanın Azərbaycandakı fəxri konsulu Tarıg Hamza Zeynəlabdin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
27 Oktyabr 2017 11:19 Sosial"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu"nun dəvəti ilə Bakıda səfərdə olan Sudanın Azərbaycandakı fəxri konsulu Tarıg Hamza Zeynəlabdin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı "ASAN xidmət" təcrübəsi, uğurları və yaradıla biləcək qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə olunub. Həmçinin, Fəxri konsula Azərbaycanda innovativ islahatlar istiqamətində görülən işlər, "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" haqqında da məlumat verilib. Bildirilib ki, Konsorsium ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur.