Gündəm
Yaraşığı və geyimi ilə instaqramın ULDUZUNA ÇEVRİLƏN TBİLİSİ MERİ
Xəbər verdiyimiz kimi, Kaxa Kaladze 22 oktyabrda Tibilisinin yeni meri seçilib. O, yarışığı və geyim stili sayəsində instaqranmın əsas ulduzuna çevrilib. Gürcüstan baş nazirinin müavini, keçmiş energetika naziri və vaxtı ilə “Milan” klubunun müdafiəçisi olan Kaxa Kaladze təkcə öz ölkəsinin deyil, dünyanın ən zövqlü siyasətçisi seçilib. Dəb tənqidçiləri güman edir ki, merin keçmiş futbolçu karyerası onun həm həyatında, həm də stilinin dəyişməsində əhəmiyyətli rolu oynayıb. Əbəs yerə deyil ki, K.Kaladze keçən il “GQ” jurnalının keçirdiyi sorğuda 50 ən dəbli siyasətçi siyahısına daxil edilib.
Aleksandr Bondarevə dəvətli professoru adı verilib
Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarevə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən universitetin dəvətli professoru adı verilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla uzun illərdir yaxından tanıdığı A.P.Bondarevin təhsil və elm sahəsində nailiyyətlərindən bəhs edib və iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində onun əhəmiyyətli rolunun olacağına inandığını söyləyib. Daha sonra rektor A.Bondarevə ADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.
2017-ci ilin 5 ən yaxşı smartfonu bəlli olub
Hər il mütəxəssislər ən qabaqcıl smartfonların reytinqini tərtib edirlər. 2017-ci il də istisna deyil, ekspertlər 5 ən yaxşı smartfonun adını açıqlayıblar.
Türkiyənin 17 ölkədəki səfiri geri çağırıldı
Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. Bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub. Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazrliyinin sərəncamına götürülüb. Geri çağırılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.
Azərbaycan Beynəlxalq Filateliya sərgisində
Oktyabrın 26- 29 -da Braziliya Federativ Respublikasının Brazilia şəhərində Braziliya Poçt və Teleqraf Şirkəti (Empresa Brasileira de Correios e Telégrafos) tərəfindən təşkil olunmuş beynəlxalq filateliya sərgisində Səfirliyin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycana, Qazaxıstana və Türkiyəyə aid poçt markalarından ibarət güşə təşkil edilib. Olaylar bildirir ki, fond tərəfindən təqdim edilən markalar hər üç ölkənin zəngin filatelist ənənələrini sərgi iştiakçılarına nümayiş etdirir. Braziliyada səfərdə olan, Fondun Prezidenti, Səfir Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və ənənələrindən danışmış və çoxsaylı sualları cavablandırıb.
“Android” sistemi üçün ən pis antivirus məlum olub
“AV-Test” laboratoriyasının mütəxəssisləri “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün 20 antivirus həllinin effektivliyini sınaqdan keçirərək “Google Play Protect” antivirusunun qurğuları zərərli proqram təminatından hamıdan pis mühafizə etməsi qənaətinə gəliblər.
Nippon Fondu “Read Japan” layihəsi çərçivəsində MEK-ə kitablar göndərdi
AMEA Mərkəzi Elmi Kitabxanası fondlarını dünya mədəniyyəti və elminə aid mənbələrlə zənginləşdirmək məqsədi ilə kitabxananın beynəlxalq münasibətlər və təşkilatlararası əlaqələrinə yeni çalar gətirən layihələrə müraciət olunur. Olaylar bildirir ki, Yaponiyanın Nippon Fondu “Read Japan” (“Yaponiyanı mütaliə et”) adlı layihə çərçivəsində MEK-ə xüsusi seçilmiş ədəbiyyat təqdim edib. Layihəyə əsasən hədiyyə edilən 100 ədəd kitab müasir Yaponiyanın daha da yaxından tanıdılması üçün yardımçı rolunu oynayır. Fondun heyəti Yaponiya haqda geniş biliyə malik olan 10 ekspertdən ibarətdir və onlar bu kitabların seçiminə xüsusi diqqətlə yanaşırlar. Müasir Yaponiyanı dərk etmək üçün nəzərdə tutulan kitablar ingilis dilindədir və əsasən siyasət və beynəlxalq əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət, ədəbiyyat və incəsənət, tarix kimi elm sahələrini əhatə edir.
“Facebook” külək elektrostansiyası tikəcək
“Facebook” şirkəti Nebraska ştatında yerləşən yeni məlumat emalı mərkəzini enerji ilə təmin edəcək külək elektrostansiyası inşa etmək niyyətindədir.
Yeni texnologiya evə gətirilən məhsulu qəbul edəcək
ABŞ-ın “Amazon” şirkəti növbəti dəfə internet alış-verişi sahəsində inqilab edərək ev sahibi evdə olmayanda gətirilən məhsulun qəbuluna imkan verən texnologiya təqdim edib. “Amazon Key” adlanan yeni texnologiyanın noyabrın 8-dən etibarən ABŞ-ın 38 şəhərində istifadəyə verilməsi nəzərdə tutulur.
“Android” sistemində veb trafikin şifrlənməsi üzrə yeni üsul əlçatan olacaq
“Google” şirkəti təhlükəsiz “HTTPS” protokolunun aktiv irəliləyişindən savayı istifadəçilərin təhlükəsizliyinin gücləndirilməsi üçün daha bir addım atıb. “XDA” proqramçıları aşkar ediblər ki, axtarış nəhəngi “Android” sistemində DNS trafikinin şifrlənməsi üçün yeni "DNS over TLS" mexanizmini sınaqdan keçirir. Funksiyanın əsas vəzifəsi istifadəçilərin DNS sorğularını qorumaqdır.
“Kinect” kontrollerinin istehsalı dayandırılıb
“Microsoft” korporasiyası kontaktsız simsiz “Kinect” kontrollerinin istehsalını dayandırıb. Bu barədə qurğu yaradıcısı Aleks Kipman bildirib. Əvvəlcə “Xbox 360” oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan “Kinect” 2010-cu ildə təqdim edilib. Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır.
Yeni texnologiya eyni anda bir neçə səsi ayırd edə bilir
Səsli interfeysə malik qurğular mikrofonun eşitmə zonasında bir nəfər danışarkən düzgün işləyir. İkinci şəxsin danışığı da birinciyə qarışdıqda tanıma sistemində problemlər yaşanır. "Mitsubishi" şirkətinin Kembric laboratoriyasında bu problemin həllini tapıblar. Bu həftə Tokioda keçirilmiş "Combined Exhibition of Advanced Technologies" texnologiya şousunda eyni anda danışan 2-dən 5-dək insanın danışığını tanımağa imkan verən texnologiya təqdim olunub.
"İntel" süni intellekt sistemləri üçün ilk prosessorunu təqdim edib
Məlum olduğu kimi, süni intellektin işləməsinə böyük hesablama gücü tələb olunur. İndi elektron komponentlər qismində çox vaxt ən adi komponentlərdən ("IBM Watson" kimi güclü sistemlər istisnadır) istifadə olunur. İndiyədək hazırlanmış prosessorlar neyron şəbəkələri ilə işləmək üçün nəzərdə tutulmamışdı. Buna görə şirkətin rəhbərliyi məhz süni intellekt sistemləri ilə işləmək üçün nəzərdə tutulmuş prosessor hazırlamağa dair qərar verib.
Rəvanın boşanmasına atası səbəb olub? - Gəlinin iddiası
ARB TV-nin "Günə davam" verilişində müğənni Rəvan Qarayevin boşanma xəbəri müzakirə olunub. Efirdə Rəvanın keçmiş həyat yoldaşı Günayın açıqlaması təqdim edilib. Bildirilib ki, Günay əslində Rəvandan yox, qayınatasından şikayətlənib. Aparıcı Ülvira Qarayeva günayın açıqlamasını bu cür çatdırıb: "Evliliyimiz dövründə bizə valideynləri mane oldu. Rəvan sinə gərə bilmədi. Mənimlə valideynləri arasında seçim etməli oldu. Bu seçimi onun qarşısına atası Elşad Qarayev qoydu. Rəvan da valideynlərini seçməli oldu.
Levandovski karyerasını "Real"da davam etdirə bilər
"Bavariya"ın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Məlumata görə, klub nümayəndələri onun transferi ətrafında danışıqlar aparırlar.






.png)







