Levandovski karyerasını "Real"da davam etdirə bilər

"Bavariya"ın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Məlumata görə, klub nümayəndələri onun transferi ətrafında danışıqlar aparırlar.

"Bavariya"ın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirə bilər. Məlumata görə, klub nümayəndələri onun transferi ətrafında danışıqlar aparırlar.

29 yaşlı forvard digər klublarla müqayisədə transfer bazarında fəallıq göstərən "Bavariya"nın siyasətindən narazıdır. Polşalı ulduz bu narazılığını bir müddət öncə dilə gətirsə də, klub rəsmiləri ona bu mövzuda danışmaq qadağası qoymuşdu. R.Levandovskinin Çempionlar Liqasında qalib olmaq istədiyi bildirilir.

Qeyd edək ki, futbolçunun Münhen klubu ilə cari müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən yay "Real" onu transfer etməyə cəhd göstərsə də, planı baş tutmamışdı. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31