Nippon Fondu “Read Japan” layihəsi çərçivəsində MEK-ə kitablar göndərdi
AMEA Mərkəzi Elmi Kitabxanası fondlarını dünya mədəniyyəti və elminə aid mənbələrlə zənginləşdirmək məqsədi ilə kitabxananın beynəlxalq münasibətlər və təşkilatlararası əlaqələrinə yeni çalar gətirən layihələrə müraciət olunur. Olaylar bildirir ki, Yaponiyanın Nippon Fondu “Read Japan” (“Yaponiyanı mütaliə et”) adlı layihə çərçivəsində MEK-ə xüsusi seçilmiş ədəbiyyat təqdim edib. Layihəyə əsasən hədiyyə edilən 100 ədəd kitab müasir Yaponiyanın daha da yaxından tanıdılması üçün yardımçı rolunu oynayır. Fondun heyəti Yaponiya haqda geniş biliyə malik olan 10 ekspertdən ibarətdir və onlar bu kitabların seçiminə xüsusi diqqətlə yanaşırlar. Müasir Yaponiyanı dərk etmək üçün nəzərdə tutulan kitablar ingilis dilindədir və əsasən siyasət və beynəlxalq əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət, ədəbiyyat və incəsənət, tarix kimi elm sahələrini əhatə edir.
26 Oktyabr 2017 19:54 MədəniyyətAMEA Mərkəzi Elmi Kitabxanası fondlarını dünya mədəniyyəti və elminə aid mənbələrlə zənginləşdirmək məqsədi ilə kitabxananın beynəlxalq münasibətlər və təşkilatlararası əlaqələrinə yeni çalar gətirən layihələrə müraciət olunur. Olaylar bildirir ki, Yaponiyanın Nippon Fondu "Read Japan" ("Yaponiyanı mütaliə et") adlı layihə çərçivəsində MEK-ə xüsusi seçilmiş ədəbiyyat təqdim edib. Layihəyə əsasən hədiyyə edilən 100 ədəd kitab müasir Yaponiyanın daha da yaxından tanıdılması üçün yardımçı rolunu oynayır. Fondun heyəti Yaponiya haqda geniş biliyə malik olan 10 ekspertdən ibarətdir və onlar bu kitabların seçiminə xüsusi diqqətlə yanaşırlar. Müasir Yaponiyanı dərk etmək üçün nəzərdə tutulan kitablar ingilis dilindədir və əsasən siyasət və beynəlxalq əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət, ədəbiyyat və incəsənət, tarix kimi elm sahələrini əhatə edir. Nippon Fondunun təqdim etdiyi bu nəşrlər bu gün iqtisadi inkişafı ilə rifah səviyyəsinə çatmış, elm və texnika baxımından çox irəli getmiş qədim Yaponiyanın tarixi irsi, zəngin mədəniyyətinin öyrənilməsi və ölkənin yaxından tanıdılması üçün geniş imkanlar yaradır.
Yaponiya təşkilatları ilə əməkdaşlıq edən və ölkə haqqında geniş sənəd kolleksiyasına malik olan Mərkəzi Elmi Kitabxana bu layihədə də iştirak edir. 2017-ci ildə layihə çərçivəsində Nippon Fondu tərəfindən Mərkəzi Elmi Kitabxanaya 33 nüsxə Yaponiya haqqında çox əhəmiyyətli kitablar göndərilib. Ədəbiyyat siyahısında Yaponiyanın tanıdılması baxımından önəmli sayıla bilən bir neçə kitablar da var.
Azərbaycan Diplomatik Akademiyasının təşkil etdiyi "Nippon Fondu Azərbaycana gəlir" adlı tədbirin sərgisində MEK hədiyyə olunmuş mənbələr arasından seçilmiş kitablar ilə iştirak edəcək.
Qeyd edək ki, Nippon Fondunun "Read Japan" ("Yaponiyanı mütaliə et") layihəsi çərçivəsində təqdim etdiyi kitablar MEK-in Akademiklər zalında Diplomatik fondda Yaponiya üçün ayrılmış xüsusi guşədə mühafizə olunur.