Akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı təqdim olundu

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığıyla Azərbaycanın Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı yenidən nəşr olunan kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik F.Qasımzadənin ədəbi-tənqid sahəsində fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova təqdimatı MEK üçün tarixi hadisə adlandırıb. Leyla İmanova qeyd edib ki,  vəsait MEK oxucularının böyük hissəsini təşkil edən tələbə auditoriyası, müəllim heyəti üçün xüsusi önəm kəsb edir. Ona görə də, kitab müəllif hüququ sahibi Nigar Feyzulla qızı tərəfindən elektron versiyada MEK-ə təqdim olunub və müəllif hüququ müqaviləsi imzalanıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığıyla Azərbaycanın Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı yenidən nəşr olunan kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik F.Qasımzadənin ədəbi-tənqid sahəsində fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova təqdimatı MEK üçün tarixi hadisə adlandırıb. Leyla İmanova qeyd edib ki,  vəsait MEK oxucularının böyük hissəsini təşkil edən tələbə auditoriyası, müəllim heyəti üçün xüsusi önəm kəsb edir. Ona görə də, kitab müəllif hüququ sahibi Nigar Feyzulla qızı tərəfindən elektron versiyada MEK-ə təqdim olunub və müəllif hüququ müqaviləsi imzalanıb.

Kitabın MEK-in Milli Rəqəmsal Yaddaş bazasına və son günlərdə MEK-də təqdimatı keçirilmiş "Təhsil-tədris kolleksiyası"na daxil ediləcəyini bildirən MEK direktoru nitqinin sonunda böyük nəsil ədəbiyyatşünaslar yetişdirmiş akademik F.Qasımzadənin milli yaddaşımızı zənginləşdirən dərsliyini yenidən nəşrə hazırlayan, onu tarixdən keçirən bələdçilər adlandırdığı- professor Yeganə İsmayılova və redaktoru, professor Tofiq Hüseynova öz təşəkkürlərini bildirib.

BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin və AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi mərhum akademik Bəkir Nəbiyevin, Azərbaycanın dilçi, türkoloq alimi, mərhum akademik Ağamusa Axundovun F.Qasımzadə haqqında səsləndirdiyi fikirlər video-çarx vasitəsilə təqdim olunub.

Akademikin qızı, ADPU-nun dosenti, kitabın məsləhətçisi Nigar Qasımzadə ailə üzvləri adından atasının xatirəsinə göstərilən yüksək hörmətə görə MEK rəhbərliyinə təşəkkür edib.

Yekun fikir olaraq tədbir iştirakçıları 2018-ci ildə akademik F.Qasımzadənin 120 illik yubileyinin dövlət miqyasında qeyd olunması təklifini və "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin böyük tirajla çap olunması zərurətini səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31