Polis ölən qadının qohumlarını axtarır

Cari il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol - nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.

Cari il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol - nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb. Daxili İşlər Nazirliyindən "Olaylar"a bildirlib ki, şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib. Həmin qadınını xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31