Avropa Şurasının sessiyasında azərbaycanlı gənclər də iştirak edib
Gənclər Təşkilatları Milli Şurası Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”-nin 33-cü sessiyasında təmsil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, Milli Şurasının sədr müavini Aysun Zeynalova iştirakı ilə baş tutan sessiyada Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak edib. İclasda "Gənc təmsilçilər" təmsil etdiyi ölkələrdə və Avropada qarşılaşdıqları məsələləri gündəmə gətiriblər.Milli Şuranın sədr müavini sessiyada Azərbaycanda konqresin gənclər arasında tanınması məqsədilə həyata keçirdiyi tədbirlərin hesabatını təqdim edib.
27 Oktyabr 2017 12:46 SosialGənclər Təşkilatları Milli Şurası Strasburqda Avropa Şurasının mənzil-qərargahında keçirilən "Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi"-nin 33-cü sessiyasında təmsil olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, Milli Şurasının sədr müavini Aysun Zeynalova iştirakı ilə baş tutan sessiyada Avropa Şurasına daxil olan ölkələrin şəhərlərinin merləri, bələdiyyə nümayəndələri və digər səlahiyyətli şəxslər olmaqla 648 üzvü iştirak edib. İclasda "Gənc təmsilçilər" təmsil etdiyi ölkələrdə və Avropada qarşılaşdıqları məsələləri gündəmə gətiriblər.Milli Şuranın sədr müavini sessiyada Azərbaycanda konqresin gənclər arasında tanınması məqsədilə həyata keçirdiyi tədbirlərin hesabatını təqdim edib.
Qeyd edək ki, "Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi"nin ildə iki dəfə sessiyaları keçirilir. Artıq üç ildir Avropa Şurası "Gənc təmsilçi" proqramını həyata keçirir. Proqrama əsasən Avropa Şurasının üzvü olan ölkələrdən bir gənc seçilir, həmin gənc bir il ərzində iki dəfə sessiyada iştirak edir. "Gənc təmsilçi" proqramın məqsədi Avropanın yerli səviyyədə qərarvericiliyində gənclərin rolunu gücləndirmək, qəbul olunan qətnamə və qərarlarda gənclərin fikirlərini öyrənməkdən ibarətdir.