Gündəm

Okeanda itkin düşən iki qadın 5 ay sonra TAPILDI 

27 Oktyabr 2017 14:27

Yaz ayında okeana yelkən açan iki dənizçi qadın itkin düşmüşdü. Yanlarında itləri də olan qadınlar may ayından bu yana Sakit Okeandan siqnal göndərirdilər. Təsadüfən Tayvanın balıqçı gəmisi siqnalı tutub və ABŞ donanması qadınları xilas edib.

Evdən oğurluq edən qohumlar saxladı

27 Oktyabr 2017 14:24

Neftçala rayonunun Qaraqaşlı kənd sakini olan bir qadın oktyabrın 25-də Rayon Polis Şöbəsinə müraciət edərək bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

40 qəpiyə görə tanışını bıçaqladı, 8 il iş aldı

27 Oktyabr 2017 14:23

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin cinayət işi üzə məhkəmə iclası başa çatıb. “Olaylar” xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Narkotik maddədən ətir hazırlandı

27 Oktyabr 2017 14:19

İlk dəfə 2004-cü ildə Endrü Qets və Mettü Mallin tərəfindən bazara çıxarılan məşhur (Malin + Goetz) brendi yeni ətir kolleksiyası ilə dünya mediasını bir-birinə qatıb. Hazırlanan tualet suyundan olan ətirlərin tərkibində 15%-dən daha az yağ olduğu üçün onların qoxusu 3 saatdan artıq qalmır. Məhz bu səbəbdən ətriyyat-kosmetik markası Cannabis ("Marixuana") adı altında kişi və qadınlar üçün yeni tualet suyu kolleksiyası hazırlayıb. Ətirləri fərqləndirən isə tərkibinə qatılan qeyri-adi maddələrdir.

Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu — FOTO + VİDEO

27 Oktyabr 2017 14:18

Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edir.

Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib

27 Oktyabr 2017 14:15

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri (MPQ) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, rəftar məsələləri araşdırılıb. Bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən, keyfiyyətli qida və tibbi xidmətdən şikayətləri olmayıb.

Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur? — Qalmaqallı "təyinata" aydınlıq gətirildi

27 Oktyabr 2017 14:10

Xəbər verdiyimiz kimi ATV telekanalına bir müddət öncə vitse prezident təyin olunduğu deyilən Fuad Cabbarovun vəzifəsindən imtina etdiyini bildirmişdik. Məsələni aydınlaşdırmaq üçün "ARB Media Qrup"un rəsmisi İsmayıl Həsənovla əlaqə saxladıq.

Afrikada xalq məhkəməsi

27 Oktyabr 2017 14:08

Cənubi Afrika respublikasının Durban şəhərində dəhşətli hadisə qeydə alınıb. Yerli sakinlərdən biri 6 yaşlı qız uşağını zorlayıb. Yerli sakinlər təcavüz edən şəxsi iş başında tutaraq daş-qalaq ediblər. Nəticədə həmin şəxs ölüb.

Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir

27 Oktyabr 2017 14:07

Oktyabrın 26 – da Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının “Muğamat var olan yerdə”adlı layihəsi çərçivəsində VI televiziya Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti keçirilib. Konsert Pərviz Qasımovun “Mirzə Hüseyn segahı”nın ifası ilə açılıb. Daha sonra xanəndə “Dilkeş”, “Şikəsteyi-fars” təsniflərini,”Dəli ceyran”,”Xumar oldum”(xalq mahnıları),”İlk məhəbbət”(Habil Əliyev), ”Yaşa məhəbbətim, yaşa ürəyim” (Əlibaba Məmmədov)mahnılarını ifa etdi.

ATV-nin yeni vitse-prezidenti tutduğu vəzifələrdən imtina etdi — QALMAQAL

27 Oktyabr 2017 14:06

Bu yaxınlarda “Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib.

“Makdonalds” adını dəyişdi

27 Oktyabr 2017 14:04

ABŞ-ın məşhur fastfud restoranlar şəbəkəsi “Makdonalds” Çində adını dəyişib. Məlumata görə, “Makdonalds” bu ölkədə “Jingongmen” (Qızıl tağlar) adlanacaq. Bu vaxta qədər isə restoran Çində “Maydanlao” adlanırdı. Qeyd olunur ki, bu ad “Makdonalds” sözünün Çin dilində transkripsiyası idi və həmin dildə heç bir məna ifadə etmirdi.

Erməni tələbələrə əsgərlikdən möhlət hüququ verilməyəcək

27 Oktyabr 2017 14:02

Ermənistan parlamenti hərbi xidmətdən möhlət hüququnu ləğv edib.  “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqda Qanun” layihəni müdafiə naziri Viqen Sarkisyan təqdim edib. 89 deputat qanunu leyhinə səs veriblər. Qanuna əsasən, erməni tələbələrinin möhlət hüququ ləğv edilir.

Terminologiya Komissiyası: ““Maus”a, “adapter”ə daha yaxşı qarşılıq bilirlərsə, onda təklif etsinlər”

27 Oktyabr 2017 13:59

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilindəki qarşılığının müəyyənləşdirilərək, təsdiqlənməsi dünəndən müzakirə obyektinə çevrilib. 

Əmək Məcəlləsində yaş həddi dəyişikliyi iddiası ilə bağlı deputatdan açıqlama

27 Oktyabr 2017 13:57

Son günlər Əmək Məcəlləsində ediləcək dəyişiklik müzakirə olunur. Bəzi media orqanlarında yazılan məlumata görə, Əmək Məcəlləsinin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Məcəlləyə dəyişiklik Milli Məclisin oktybrın 31-də keçirilən iclasında müzakirə ediləcək.

Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı... 

27 Oktyabr 2017 13:55

Azərbaycana kərə yağının idxalını nəzarətdə saxlayan inhisarçılar, deyəsən, ilk dəfə haqlı çıxacaqlar. Çünki Azərbaycanda kərə yağının kəskin (2.5 dəfəyə yaxın) bahalaşmasının səbəbinin bu məhsulun idxalına nəzarət edən hansısa inhisarçılar olduğu barədə söz-söhbətlər özünü doğrultmur. (Hərçənd Dövlət Gömrük Komitəsi kərə yağı idxalında inhisarın olduğunu təkzib edib.)