Əmək Məcəlləsində yaş həddi dəyişikliyi iddiası ilə bağlı deputatdan açıqlama
Son günlər Əmək Məcəlləsində ediləcək dəyişiklik müzakirə olunur. Bəzi media orqanlarında yazılan məlumata görə, Əmək Məcəlləsinin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Məcəlləyə dəyişiklik Milli Məclisin oktybrın 31-də keçirilən iclasında müzakirə ediləcək.
27 Oktyabr 2017 13:57 SosialSon günlər Əmək Məcəlləsində ediləcək dəyişiklik müzakirə olunur. Bəzi media orqanlarında yazılan məlumata görə, Əmək Məcəlləsinin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Məcəlləyə dəyişiklik Milli Məclisin oktybrın 31-də keçirilən iclasında müzakirə ediləcək.
Lakin hazırkı Əmək Məcəlləsinə baxanda görmək olur ki, dəyişiklik kimi təqdim edilən bənd indiki Məcəllədə əks olunub.
4.3 Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat və ali təhsil müəssisələrinə şamil edilmir. Məcəllənin 4-cü maddəsinəyeni məzmunda bu əlavə 2011-ci ildə olunub.
Yayılan məlumatlara münasibət bildirən millət vəkili Musa Quliyev bildirib ki, oktyabrın 31-də Əmək Məcəlləsinə ediləcək dəyişiklik sadəcə texniki xarakterlidir:
"Təhsil haqqında qanun qəbul ediləndə ifadə "elm müəssisələri" yazılıb, əvvəlki qanunların bəzilərində "elm təşkilatları" kimi qeyd olunub. "Əmək Məcəlləsi"ində ediləcək dəyişiklik sırf texnikidir, qanunların bir-birinə uyğunlaşdırılması prosesinə uyğun həyata keçirilir. Burada mahiyyət etibarilə yeni heç nə yoxdur. Bu gün də ali təhsil müəssisələri və elmi tədqiqat müəssisələrində 65 yaşı keçmiş şəxslər fəaliyyətlərini davam etdirirlər. Sadəcə qanunda "elmi tədris müəssisəsi" ifadəsi, "elmi tədris ifadəsi" ilə əvəz olunur. Yəni termin dəqiqləşdirilməsi aparılacaq". Publika.az