Gündəm
Azərbaycan prezidenti Avstraliya və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib. bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Rusiya XİN başçısı: "Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir"
"Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir". Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.
Dieqo Qodin: “Qarabağ”la oyuna yalnız 3 xal üçün çıxacağıq”
“Son vaxtlar nəticələrimiz heç də gözlənildiyi kimi deyil. Xüsusən, Çempionlar Liqasında özümüzə bənzəmirik”. Bu sözləri “Atletiko”nun futbolçusu Dieqo Qodin deyib. La Liqanın X turu çərçivəsində oktyabrın 28-də öz meydanında “Vilyarreal”la qarşılaşacaq Madrid təmsilçisi 3 gün sonra Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək.
Lavrov: "Azərbaycanlı investorlar Həştərxanda yeni zavodların inşasında fəal iştirak edirlər"
“Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər”. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziriSergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.
Gömrük məntəqələri 24 saatlıq rejimə keçə bilər
Azərbaycan və İran arasında gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oktyabrın 27-də Komitənin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.
PR sahəsində baş verən proseslər müzakirə edilib
Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, ictimaiyyətlə əlaqələr sahəsi, eləcə də bu sahədə APRA tərəfindən 2017-ci ilin sonunadək keçiriləcək tədbirlərin müzakirəsi və qurumun təşkilati məsələlərinə həsr edilmiş tədbirdə “AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “Veysəloğlu” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə, “Kommunikasiya və Konsultinq” MMC-nin rəhbəri Vəli Əlibəyov, Azərbaycan Sahibkarlar Konfederasiyasından Günel Məmmədova, Bakı Metropoliteni" QSC Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yaqut Əliyeva, “Paris Gallery” mağazalar şəbəkəsindən Aliyə Abbasova, B, “Proloq.az” saytından Arzu Soltan və Cəfər Mənsimi, eləcə də digər nümayəndələr qatılıblar. xəbərinə görə, dəyirmi masanın gündəliyində duran əsas müzakirə mövzusu Azərbaycanda ictimaiyyətlə əlaqələrin problem və perspektivləri barədə olub.
Minik Serçe’den toplanan köpeklerle ilgili sert açıklama: “Takipçisi olacağız”
Eyüp Sultan Belediyesi'nde küpeli, aşılı, kısırlaştırılmış köpeklerin oklu iğnelerle vurarak toplanması Sezen Aksu'yu da isyan ettirdi. Minik Serçe, konunun takipçisi olacağını söyledi. İstanbul Barosu ise konuyla ilgili suç duyurusunda bulunulacağını açıkladı. Göktürk’te hayvanseverler tarafından çekilen görüntüler üzerine kamuoyunun gündemine gelen köpeklerin dramıyla ilgili tepkiler çığ gibi büyüyor. Bölgede birçok köpeğin can çekişerek ölmesi üzerine konunun üzerine giden yurttaşlar, Eyüp Belediyesi’nin işin arkasında olduğunu savunuyor. İddialara göre, belediye ekipleri, hayvanları iğneyle uyuşturup topluyor.
Yunus Oğuzun daha bir kitabı Türkiyə türkcəsində
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Atabəy və Haşhaşilər” tarixi romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. “OLAYLAR”-ın xəbərinə görə, kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran qardaş ölkədə bu sahədə böyük təcrübəyə malik olan Hüseyin Adıgözəldir. Artıq kitab qardaş Türkiyədə satışa çıxarılıb.
Türkiyənin yeni siyasi partiyası qədim türklüyü özündə tərənnüm edir
Məlum olduğu kimi Türkiyədə yeni siyasi partiya təsis edilib. Vaxtı ilə Milliyətçi Hərəkat Partiyasının fəallarından və bu partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan aktiv deputatlarından sayılan Meral Akşenerin yaratmış olduğu partiya İyi Partiya adlanır. Türkiyədə hər şeyin iyi olmasını arzulayan Meral Akşenerin yaratmış olduğu partiyanın qısa zaman ərzində qardaş ölkənin ana müxalifətinə çevriləcəyi istisna edilmir ki, bunun da bir neçə səbəbi var. Birincisi, hazırkı müxalifət partiyaları olan CHP və MHP-nin uzun illər siyasi həyatda ciddi uğura nail olmamasıdır ki, adıçəkilən partiya üzvlərində istər-istəməz bu uğursuzluq narazılıqlar yaradıb. Və həm millətçilər, həm də cümhuriyyətçilər daha aktiv siyasi proseslərin iştirakçısı ola biləcək yeni bir siyasi qüvvə axtarışındadırlar.
Bakı-Tbilisi-Qars- minilliklər boyu böyük fatehlərin, imperiyaların xəyalını qurduğu planlardan biri
Yaxın günlərdə nəinki Azərbaycanın, eləcə də regionun həyatında daha bir mühüm əhəmiyyətli hadisə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi reallaşacaq. Layihənin əsas iştirakçısı olan hər üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə baş tutacaq rəsmi açılış mərasimi ilə Bakı-Tbilisi-Qars xətti tam işə düşəcək. Nəzərə alsaq ki, bu layihəyə artıq bir xeyli müddətdir ki, ayrı-ayrı dövlətlər, Avropadan Asiyaya qədər olan ölkələr də xüsusi maraq göstərir, o zaman tam əminliklə deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm də beynəlxalq əhəmiyyətli bir layihədir.
İşə qəbul üzrə 1347 nəfər elektron qeydiyyatdan keçib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərdən 700-ə yaxınının elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-ə yaxın müraciətə imtina verilib.
Çinlilərdən ibarət cinayətkar dəstəyə qarşı əməliyyat
İspaniya polisi ölkənin 11 vilayətində eyni vaxtda “Çin mafiyası”na qarşı xüsusi əməliyyat keçirib. “Shoping” kod adlı əməliyyat nəticəsində Madrid, Barselona, Sevilya, Malaqa, Valensiya, Alikante və başqa vilayətlərdə 34 axtarış aparılıb, 80 nəfər şübhəli şəxs qismində saxlanılıb.
“Xənnas” danışma və eşitmə qüsuru olan insanlara işarət dilində təqdim olunacaq
Oktyabrın 29-da Nizami Kino Mərkəzi Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edəcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, rejissor Elvin Abdullanın çəkdiyi Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır.
Whatsapp 1 il idi gözlənilən o YENİLİYİ ETDİ
Düz bir ildir səbirsizliklə gözlənilən funksiyanı WhatApp-da, nəhayət, tətbiq etmək mümkün olacaq.
Türkiyənin təhsil naziri avtomobil qəzasına uğradı
Türkiyənin təhsil naziri İsmət Yılmazın avtomobil karvanı qəzaya uğrayıb. Məlumata görə, qəza ölkənin Sivas vilayətində baş verib. Məlumata görə, hadisə nəticəsində yaralanan olmasa da, nazirin karvanındakı bəzi avtomobillər yararsız hala düşüb.














