“Xənnas” danışma və eşitmə qüsuru olan insanlara işarət dilində təqdim olunacaq

Oktyabrın 29-da Nizami Kino Mərkəzi  Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edəcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, rejissor Elvin Abdullanın çəkdiyi Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır.

Oktyabrın 29-da Nizami Kino Mərkəzi  Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli "Xənnas" filmini təqdim edəcək.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, rejissor Elvin Abdullanın çəkdiyi Azərbaycanın ilk qorxu filmi olan "Xənnas" vahimə və mistika janrındadır.

Filmdə əsas rollarda Hikmət Rəhimov, Pərvin Abıyeva, Qorqud Cəfər, Zarina Qurbanova,Türkay Cəfərli və Nərgiz Əliyeva çəkiliblər. Nümayişdən öncə tamaşaçılar filmdə cəkilmiş aktyorlarla görüşəcək və onlarla ünsiyyətdə ola biləcəklər.

Filmi işarət dilinə tərcümə edən Human Deaf Community-nin üzvü Nuranə Abıyevadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31