Gündəm

Dolların məzənnəsi avronu üstələdi

27 Oktyabr 2017 15:42

“Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlər avronun məzənnəsinin dollara nisbətən yenidən ucuzlaşmasına gətirib çıxartdı. Gün ərzində qlobal birjalarda avronun dollara nisbətən kursu 1.1813-dən 1.626-dək azalıb”. Bunu deyən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, Avropa pulunun birjalarda ucuzlaşması manatın avroya nisbətən möhkəmlənməsinə səbəb olub: “Belə ki, Mərkəzi Bank manata avoya kursunu dünənə nisbətən bu gün 2.0107-dən 1.9782-dək möhkəmləndirib. Bu isə 1 manatın hər avroda 3 qəpiyə yaxın güclənməsi deməkdir.

Azərbaycanın Sudandakı fəxri konsulu fəaliyyətə başladı

27 Oktyabr 2017 15:38

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tarig Hamza Zeynəlabdini qəbul edib. Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, E.Məmmədyarov Tarig Hamza Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

"Bu cür aksiyalar onsuz da ictimaiyyət tərəfindən dəstəklənmir"

27 Oktyabr 2017 15:37

Bu günlərdə keçiriləcək mitinq bir daha göstərir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var və bu hüquq təmin olunur”. Bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

27 Oktyabr 2017 15:35

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Radikalların ölkədə xaos yaratmaq niyyəti

27 Oktyabr 2017 15:27

Radikal siyasi düşərgə yenə də öz ampluasındadır. Hər zaman olduğu kimi bu dəfə də ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanda xaos, anarxiya yaratmaq radikalların qarşılarına qoyduqları əsas hədəf, məqsəddir. Bu hədəflərin, məqsədlərin arxasında isə onlara dəstək verən xariuci dairələrin əli ilə hakimiyyətə gəlmək dayanır.

“DTX-nın keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir” 

27 Oktyabr 2017 15:25

“Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir. Əməliyyatla bağlı verilən açıqlamanı şübhəyə atmazdım. Çünki dövlətin təhlükəsizliyinin dayağı olan bir qurum hansısa səbəbə görə, qeyri ciddi bir bəyanat verməz”. Bunu  AMİP funksioneri Əli Orucov Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat və müxalifətin mitinqlərində terror aktı törətməyə hazırlaşan dəstənin ifşa olunmasına münasibət bildirərkən deyib.

Aydın Mirzəzadə: “Əli Kərimli istəyər ki, kütləvi aksiyada hadisə baş versin”

27 Oktyabr 2017 15:23

“Bu gün Azərbaycan dövləti sivil dövlətlərdə atılan addımlardan atır. Dövlətin birinci məqsədi vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Kütləvi aksiyalar keçirənlər birlməlidir ki, bu zaman dövlət hakimiyyət orqanının üzərinə böyük yük düşür”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Türkiyədə kimi dəstəkləyək? - AKP, CHP, MHP, “İyi Parti”

27 Oktyabr 2017 15:20

Türkiyənin ünlü siyasilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənərin liderliyi ilə təsis etdiyi yeni partiya-"İYİ" ("Yaxşı") siyasətçilərin mmüazirə predmetinə çevrilib. Sözügedən partiyanın Azərbaycana qarşı bəlli münasibəti də ölkəmizin siyasi xadimlərini dilə gətirib. Millət Vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Müstafa qeyd edib ki, Türkiyəmizin içində, çölündə olub-bitənlər bizi ya sevindirir, ya da rahatsız edir.

Azərbaycanda söz və fikir azadlığı üçün hər cür şərait var

27 Oktyabr 2017 15:17

İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı müasir dünyada sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar.

Almaq istədiyiniz mənzil barədə hansı məlumatı bilmək istərdiniz?

27 Oktyabr 2017 15:16

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu məqsədlə qurum fəaliyyətinin istiqamətləri üzrə elektron, onlayn və SMS xidmətlərinin tətbiqini genişləndirir. Əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə qurum fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini təkmilləşdirir.

Vəkil, yoxsa nümayəndə?

27 Oktyabr 2017 15:13

Ali Məhkəmənin sədri tərəfindən parlamentə Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib.

Neftin qiymətinin dəyişməsi büdcəyə necə təsir göstərəcək?

27 Oktyabr 2017 15:11

Dünya bazarında neftin qiymətinin dəyişməsi dövlət büdcəsinə uyğun dəyişikliklərin edilməsi zərurətini yaradır. Məhz bu amili nəzərə alan Azərbaycan hökuməti növbəti ilin dövlət büdcəsini tərtib edərkən neftin real qiymətini nəzər alıb. Məlum olduğu kimi, 2018-ci ilin dövlət büdcəsində neftin ixrac qiymətnin 45 dollardan götürülüb. Büdcə layihəsində göstərilir ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün neftin 1 bareli 50 ABŞ dolları ərtafında proqnozlaşdırılır.

“Söhbət” nə dərəcədə diqqəti yayındıran hal hesab olunur?

27 Oktyabr 2017 15:08

Sükan arxasında söhbət edən şəxslərin cərimələnməsi ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsinə baxmayaraq hələ də sözügedən məsələnin müzakirəsi davam etdirilir. Buna səbə kimi qanunda belə bir müddəanın olub-olmaması, yaxud hər hansı dəyişikliyin ediləcəyi göstərilir.

Əfqanıstanda bir gündə 95 terrorçu öldürülüb

27 Oktyabr 2017 15:04

Əfqanıstanın 12 vilayətində “Taliban” terror qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirilir. Bu barədə məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb. 

Azərbaycan prezidenti İran iqtisadiyyat və maliyyə nazirini qəbul edib

27 Oktyabr 2017 15:02

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.