Aydın Mirzəzadə: “Əli Kərimli istəyər ki, kütləvi aksiyada hadisə baş versin”
“Bu gün Azərbaycan dövləti sivil dövlətlərdə atılan addımlardan atır. Dövlətin birinci məqsədi vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Kütləvi aksiyalar keçirənlər birlməlidir ki, bu zaman dövlət hakimiyyət orqanının üzərinə böyük yük düşür”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
27 Oktyabr 2017 15:23 Siyasət"Bu gün Azərbaycan dövləti sivil dövlətlərdə atılan addımlardan atır. Dövlətin birinci məqsədi vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Kütləvi aksiyalar keçirənlər birlməlidir ki, bu zaman dövlət hakimiyyət orqanının üzərinə böyük yük düşür". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Məhsul stadionu deyilən ərazidə hər hansı bir qeyri-qanuni hərəkətin qarşısının alınması ilk növbədə hüquq-mühafizə orqanlarının vəzifəsidir: "Nəzərə alsaq ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir neçə gün bundan əvvəl Milli Şuranın keçirəcəyi mitinqdə terror hadisəsi törətmək istəyənlərə qarşı əməliyyat keçirmişdi. Bununla bağlı həmin mitinqə gəlmək istəyənlərin bir daha yoxlanılması, onlara xəbərdarlıq edilməsi çox düzgün addımdır. Bəlkədə Əli Kərimli və onun ətrafı çox istəyərdi ki, kütləvi aksiyada hadisə baş versin. Onlar "bulanıq suda balıq tutmaqla" və bundan istifadə etməklə vəziyyəti gərginləşdirməyə, stabilliyi pozmağa çalışacaqlar. Bu gün bir tərəfdən müxalif qüvvələrin etiraz yönümlü tədbirlərin keçirilməsinə dövlət şərait yaradır, digər tərəfdən isə dövlət orada olan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün əlavə addımlar atır. Bunu nə siyasiləşdirməyə, nə də bundan narahatçılıq keçirməyə ehtiyac yoxdur. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri həmişə yüksək səviyyədə yerinə yetirib və bundan sonra da yerinə yetirəcək". Sia.az