“DTX-nın keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir” 

“Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir. Əməliyyatla bağlı verilən açıqlamanı şübhəyə atmazdım. Çünki dövlətin təhlükəsizliyinin dayağı olan bir qurum hansısa səbəbə görə, qeyri ciddi bir bəyanat verməz”. Bunu  AMİP funksioneri Əli Orucov Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat və müxalifətin mitinqlərində terror aktı törətməyə hazırlaşan dəstənin ifşa olunmasına münasibət bildirərkən deyib.

"Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir. Əməliyyatla bağlı verilən açıqlamanı şübhəyə atmazdım. Çünki dövlətin təhlükəsizliyinin dayağı olan bir qurum hansısa səbəbə görə, qeyri ciddi bir bəyanat verməz". Bunu  AMİP funksioneri Əli Orucov Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat və müxalifətin mitinqlərində terror aktı törətməyə hazırlaşan dəstənin ifşa olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, DTX əməliyyatın detallarına kimi açıqlama verib: "Belə biri mötəbər qurumun məlumatlarına mən şübhə etməzdim və kimsə hansısa maraqlarına əsasən hay-küylü fikirlər səsləndirirsə bunu da qeyri ciddi yanaşma hesab edərəm".

Əli Orucov Ə.Kərimlinin növbəti mitinqlərdə on minlərlə insanın iştirak edəcəyi barədə, açıqlamasını onun subyektiv fikirləri adlandırdı: ""Milli Şura" təmsilçilərinin mitinqlərin kütləvi keçiriləcəyi barədə fikirlərini onların subyektiv düşüncələri hesab edirəm. Hər kəs də özünü tərifləməklə deyil. Aparıcı müxalifət partiyasına iddia edən şəxsin keçirdiyi aksiyalarda ən azı 10-15 min adam olmalıdır. Görürsünüz ki, bunların keçirdiyi aksiyalarda 2 mindən yuxarı adam olmur. Bu da ondan irəli gəlir ki, onların iddialı fikirləri özlərini reklam etməkdən başqa bir şey deyil. "Milli Şura"nın planlaşdırdığı növbəti aksiyanın baş tutacağına da inanmıram ". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31