Azərbaycanda söz və fikir azadlığı üçün hər cür şərait var

İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı müasir dünyada sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar.

Onlayn medianın inkişafı bunun bariz göstəricisidir

İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı müasir dünyada sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar. Azərbaycanda isə sosial media nəinki geniş yayılıb, hətta insanların gündəlik həyat tərzinə çevrilib. Xatırladaq ki, yeni media kütləvi informasiya vasitələrinin mövcudluğunun yeni forması olub, istifadəçilərin rəqəmsal qurğularda məzmunun yaradılması və yayılması zamanı fəal olmaq imkanı yaradan, habelə yeni çıxan texnologiyalar, onların istifadəsi və eyni zamanda, köhnə texnologiyalar üçün inkişaf etdirilən yeni üsullar deməkdir. Yeni media dedikdə, kompüterlərin əməliyyat gücü olmadan yaradıla bilməyəcək və ya istifadə edilə bilməyəcək mühitlər nəzərdə tutulur. Ümumiyyətlə, yeni media dicital olmaqla istifadəçisinə və ya hədəf kütləsinə qarşılıqlı təsir imkanını təmin edir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan əhalisinin üçdəbiri fəal sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənilir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə influencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Azərbaycan respublikasının prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresindəki çıxışında qeyd edib ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub". Yeri gəlmişkən qeyd edək ki, sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikrobloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir. Qəzet, radio və televiziya kimi ənənəvi media elementləri 75 il əvvəl yeni ünsiyyət vasitəsi idisə, artıq Tvitter, Facebook, Foursquare və Youtube kimi sosial media ünsiyyət vasitələri yeni kommunikasiya üsullarıdır. Xatırladaq ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb. "GlobalStats" şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55%-ə bərabərdir. İkinci yerdə 2,77%-lə Twitter, üçüncü pillədə isə 1,86%-lə Vkontakte sosial şəbəkəsi dayanır. Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeyd alınıb. Belə ki Azərbaycanda YouTube-un payı 5% yüksəlib. Həmçinin Linkedin platformasının ölkədə əhatəsi artaraq 1,50%-ə yaxınlaşıb.Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda insanların söz və fikir azadlığı üçün heç bir məhdudiyyət yoxdur. Sosial medianın geniş tətbiqi isə sərbəst fikir azadlığının təmin olunması imkanlarını daha da artırır.
Etiraf edilməlidir ki, hazırda Azərbaycan dövləti onlayn medianın da inkişafına xüsusi diqqət ayırır. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam buna bariz nümunədir. Dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır."İKT infrastrukturu və xidmətləri" bölməsində əsas diqqət çəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır."Yüksək texnologiyalar sektorunun inkişafı" bölümündə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi məsələsi də əksini tapıb. Sənədə əsasən İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması layihələrinə dəstək göstərilməlidir. Həmçinin genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması, təhsilin bütün pillələrində informatikanın tədrisi üzrə təkliflərin hazırlanıb, həyata keçirilməsi əksini tapıb. Elektron səhiyyə sisteminin formalaşdırılması istiqamətində tədbirlərin görülməsi də dövlət proqramına daxil edilib. Belə xidmətlərdən daha rahat istifadə etmək məqsədi ilə vətəndaşların İKT biliklərinin artırılması da nəzərdə tutulur. Milli kontentin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər dövlət proqramında ayrıca bölmədə əksini tapıb. Həmin bölməyə görə, onlayn medianın inkişaf etdirilməsindən ötrü 2016-20-ci illərdə müvafiq tədbirlər görülməlidir. Təkcə bu faktın özü deməyə əsas verir ki, Azərbaycanda onlayn medianın inkişafı dövlətin diqqətindədir və bu istiqamətda lazım olan bütün addımlar atılır. "Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xaqani Səfəroğlu isə hesab edir ki, Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" internet medianın inkişafı üçün böyük perspektiv açır. Bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək. Onun sözlərinə görə, bu sənəd ölkədə çoxdan lazım olan informasiya təhlükəsizliyinin təmin olunması sahəsində öz rolunu oynayacaq. Belə ki, çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı, bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib: "Dövlət Proqramında onlayn media ilə bağlı ayrıca bəndin əks olunması ölkənin internet media spektri üçün geniş perspektivlər açır. Bu sənəd internet jurnalistikanın hüquqi problemlərini, dövlət dəstəyini həll etməklə, onlayn KİV sahəsində müşahidə olunan müəyyən pərakəndəliyi aradan qaldırmağa kömək edəcək". Birlik sədrinin sözlərinə görə, Dövlət Proqramında internet texnologiyaları ilə bağlı kadr məsələsinə xüsusi diqqət yetirilməsi ali məktəblərin jurnalistika fakültələri üçün onlayn media ilə bağlı yeni tələblər qoyur. Hüquqşünas Sahib Qarayev isə bildrib ki, Azərbaycanda yazılı çap mətbuatı da, elektron media da inkişaf mərhələsini yaşayır. Çünki, Azərbaycanda demokratik dəyərlərə, xüsusən, insan hüquqlarına, söz və mətbuat azadlığına sayğı həmişə olduğundan qat-qat artıqdır: "Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstiliyindən sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Danılmaz həqiqətdir ki, indiki halda Azərbaycanda nəşr olunan bir sıra mətbuat orqanları gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan üzdəniraq kəsim qərəzli, yoxlanmamış məlumatlar yaymaqla ürək bulandırılar. Sirr deyil ki, belə informasiyalar əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə qərəzli mətbuatının maliyyələşdirilməsinə yönəldilir. Bu isə əslində söz və fikir, məlumat azadlığından sui-istifadədir". Onun sözlərinə görə, hazırda Azərbaycanda internet medianın inkişafı söz, fikir və məlumat azadlığının təmin olunması üçün ən səmərəli vasitədir: "Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Hazırda ən ucqar dağ rayonunda yaşayan vətəndaşlar belə sərbəst şəkildə internetdən istifadə imkanına malikdirlər. Bu isə imkan verir ki, ən müxtəlif təbəqənin nümayəndələri istədikləri fikri cəmiyyətə çatdırsın, informasiyanı yayımlasın. Yeri gəlmişkən qeyd edim ki, hazırda dünyanın bir çox ölkələrində internetə sərbəst şəkildə çıxışla bağlı çoxsaylı məhdudiyyətlər tətbiq edilir. Buna müztəlif siyasi don geyindirilsə də gakt ondan ibarətdir ki, ən azından insanların məlumat azadlığına sərhəd çəkilib. Azərbaycan isə yeganə ölkələrdəndir ki, özünün sputnikini yaratmaqla insanlara internetdən istifadə üçün geniş imkanlar yaradır. Baxmayaraq ki, bu günün özündə internetdə baş verənlərin bir çoxu bəşəriyyəti təkcə təəccübləndirmir, həm də narahat edir. Bu problem artıq xeyli vaxtdır ki, dünyanın, demək olar ki, hər yerində müzakirə predmetinə çevrilib. Azrbaycan isə demokratiya ənənələrinə sadiq qalaraq nəinki söz və fikir sərbəstliyini, məlumat azdlığını məhdudlaşdırmır, əksinə bu sahələrin daha da inkişaf etməsi üçün uyğun şərait yaradır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31