Gündəm
Avtomobil oğruları saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinın şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, avtomobil qaçırmaqda şübhəli bilindiyinə görə Ağarza Bağırov və Qədir Nuriyev adlı şəxslərtutulub. Ətraflarında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 4-də daha bir avtomobili qaçırmaları da müəyyən edilib. Qaçırılmış avtomobil Füzuli rayonu ərazisində tapılıb.
Suraxanı məktəblərində narkomaniya maarifləndirilməsi
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir. Suraxanı rayon 76 və 285 saylı tam orta məktəblərində həyata keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, Suraxanı rayon polis idarəsinin əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Satıcı işlədiyi mağazadan oğurluq etdi
Mağazaların birindən mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən Eşqin Nəbiyev saxlanılıb. Araşdırma zamanı E.Nəbiyevin həmin mağazada satıcı işlədiyi müəyyən edilib.
Metroda cibgirlik edən keçmiş məhkumlar saxlanıb
Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini Aynur Həmidovanın mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Məsiyev və Şəki rayon sakini Vüqar Balacazadə tutulublar.
Abşeronda oğurluğun üstü açılıb
Abşeron rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluqda şübhəli bilinən şəxslər saxlanıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Əməıliyyat-axtarış tədbirləri davam etdirilir.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Oktyabrın 30 -31 – də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri gözlənilir. Olaylar bildirir ki, səfər zamanı Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6 – cı toplantısında iştirakı gözlənilir. Həmçinin bu prezidentin Bakı-Tbilisi-Qars dəmir yolu xətti çərçivəsində ilk səfəridi.
Oğru qardaşlar ələ keçdilər
Oğurluqda şübhəli bilinən qardaşlar tutulublar. DİN-dən “Olaylar”a verilən mlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 25-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən səsgücləndirici və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nəcəf Hüseynov, Kərbəlayi Qasım Novruzov və qardaşı Elvin tutulublar. Faktla bağlı araşdırma aparılır.
İmtahandan keçən müəllimlərin orta aylıq əmək haqqını NAZİR AÇIQLADI
Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir. Bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib. M.Cabbarov deyib ki , bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir.
Türkiyədə fabrikdə kütləvi zəhərlənmə
Türkiyənin Dənizli vilayətində fabriklərin birində kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 37 nəfər xəstəxanaya yerləşdirilib. Son məlumata görə, zəhərlənmə təbii qazdan baş verib.
"Düşündüm necə edim ki, şəkillər yayılmasın" - Namiq hansı şəkildən danışdı?
ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan sənətçi Namiq Qaraçuxurlu tamaşaçıların ona ünvanladığı suallara maraqlı cavabları ilə diqqət çəkib.
Samirlə Kamran arasındakı pul qalmaqalı böyüyür - "Çox böyük oyun oynayır"
Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı məhkəmə prosesi hələ də davam edir. Sənətçi aparıcının ondan 110 min aldığını, uzun müddətdir qaytarmadığını deyib. K.Həsənliyə cinayət işi açılıb. S.Piriyev uzun müddətdir Kamranı məhkəməyə şikayət etsə də hələ bir nəticə olmamasından gileylənib: "Son günlər eşidirəm ki, Kamran istintaqdan şikayətlənir. Kamran Həsənli nədən şikayət edir, onu himayəsinə alan istintaqdan? Sübuta yetirilmiş dələduzluq faktı ola-ola hələ də azadlıqda gəzməkdən şikayətçidir? Bu adama iki ildir dayaq durublar. Kamran öz dələduzluğunu özü sübut edib. Özü dedi ki, 15 min dolların əvəzinə maşınını verib və 10 min dolları nəğd qaytarıb. Mənə borcu yox idisə, niyə bu qədər pulu verirdi?
Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun bir hissəsi yenidən qurulur
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması ilə bağlı Prezidentin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən təmir-tikinti işləri davam etdirilir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metrenində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır.
İki rayon üzrə səyyar qəbul keçirilib
Oktyabrın 27-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Baronessa Nikolson: Azərbaycanın qadınlarla bağlı siyasəti Böyük Britaniyadan geri qalmır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 26 oktyabr 2017-ci il tarixində Londonda Böyük Britaniya Parlamenti üzvlərinin təşəbbüsü ilə keçirilən debatda iştirak edib.
Bərdə sahibkarların güzəştli kredit verilib
Oktyabrın 27-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunun Zümürxan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forumda çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.














