Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun bir hissəsi yenidən qurulur
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması ilə bağlı Prezidentin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən təmir-tikinti işləri davam etdirilir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metrenində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır.
27 Oktyabr 2017 15:49 SosialM-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması ilə bağlı Prezidentin imzaladığı sərəncama əsasən "Azəravtoyol" ASC tərəfindən təmir-tikinti işləri davam etdirilir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metrenində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 11 km-lik ərazidə yekunlaşdırılıb. Layihə çərçivəsində "Azəravtoyol" ASC tərəfindən yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 1 körpüdə bu işlər yekunlaşmaq üzrədir. Söhbət Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsündə gedir.