İki rayon üzrə səyyar qəbul keçirilib
Oktyabrın 27-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
27 Oktyabr 2017 15:48 SosialOktyabrın 27-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 1 nömrəli tam orta məktəbdə paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, şagird sıxlığı, müəllimlərin yerdəyişməsi və digər müvafiq məsələlərlə bağlımüraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.