Gündəm

Doktorant və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı

27 Oktyabr 2017 17:03

 Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən XXI Respublika Elmi konfransda Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçıları da iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tələbələrə uğurlar arzulayıb.

Sorğu: Rusiyalıların 41 faizi baş nazir Medvedevin fəaliyyətini mənfi qiymətləndirir

27 Oktyabr 2017 16:57

Rusiyalılar baş nazir Dmitri Medvedevin fəaliyyətini qiymətləndiriblər. Məlumata görə, "İctimai Rəy" Fondunun apardığı sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 38 faizi baş nazirin fəaliyyətini yaxşı qiymətləndirib. Respondentlərin 41 faizi isə hesab edir ki, Medvedyev öz işinin öhdəsindən gələ bilmir. Sorğunun nəticəsində görə, respondentlərin 49 faizi hazırkı baş nazirə güvənmir. Sorğuda iştirak edənlərin 1/3-nin son ayda Medvedyevə etimadı azalıb.

Rusiya kosmosa ovçu peyk yollayayır

27 Oktyabr 2017 16:45

Rusiyanın Federal Kosmik Agentliyi orbitə buraxılan istənilən kosmik gəmi və peyklərin yaxınlığına gedərək "casus" funksiyasını yerinə yetirə və lazım olan informasiyaları bazaya ötürə bilən hərbi kəşfiyyat peykini uğurla sınaqdan çıxarıb.

Rusiya embarqo qoyduğu ölkələrin siyahısını genişləndirdi

27 Oktyabr 2017 16:43

Rusiya məhsul idxal etdiyi və embarqo qoyulan ölkələrin siyahısını genişləndirib. Yeni qərara əsasən Avropa İttifaqı, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz və donuz məmulatlarının idxalı qadağan edilib.

Şoyqu: "Rusiyanın qərb sərhədlərində vəziyyət daha da gərginləşə bilər"

27 Oktyabr 2017 16:40

"Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır". Məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib.  Rusiyalı nazir vəziyyətin daha da gərginləşə biləcəyini söyləyib: "Sərhədlərimizə yaxın blok ölkələrinin silahlı qüvvələrinin əməliyyat-döyüş hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Baltikyanı və Şərqi Avropada 30-dan çox təlim keçirilib. Bu təlimlər açıq anti-Rusiya xarakteri daşıyır".

Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək

27 Oktyabr 2017 16:38

Cari ilin 4 noyabr tarixində Azərbaycanda tibbin və xüsusi ilə də Radiologiya sahəsinin inkişafına dəstək məqsədi ilə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının xüsusi dəstəyi ilə Bakıda ilk dəfə I Azərbaycan- Alman Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbirə Almaniyadan Köln və Aachen Universitet klinikalarından qatılan qonaqlar, Tibb elmləri doktoru Nuran Abdullayev, Tibb Elmləri doktoru Volker Maus və Professor Anastasios Mpotsaris, diaqnostik metodlarda son yeniliklərdən söhbət açmaqla yanaşı Azərbaycanda qurulmasına böyük ehtiyac olan STROKE mərkəzi haqqında danışacaqlar.

Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

27 Oktyabr 2017 16:37

Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Təhsil Nazirliyinin dəvəti ilə Adilə Əliyeva oktyabrın 30-u, 31-i və noyabrın 1-də Üzeyir Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək. Dərslərdə iştrak ödənişsizdir və istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə dərslərdə iştirak edə bilər. Bundan başqa, Adilə Əliyevanın Bakıya səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşünün keçirilməsi də nəzərdə tutulub.

Əmək Müqaviləsi Bildirişi üzrə EİS-ə 9 milyon 885 min dəfə müraciət edilib

27 Oktyabr 2017 16:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə istifadəyə verildiyi 2014-cü ilin iyul ayından bəri 9 885 100 dəfə müraciət edilib. Ümumilikdə ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin (56 463 000 müraciət) 17,5 faizi məhz həmin sistemin payına düşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qurumun “Elektron hökumət” portalı üzərindən ümumilikdə 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin 9 ayı ərzində portala edilən müraciətlərin (17 555 749 müraciət) 40 faizə yaxını (7 006 756 müraciət) nazirliyin e-xidmətlərinə yönəlib.

Türkdilli ölkələrin maliyyə bazarları birləşir?

27 Oktyabr 2017 16:34

"InvestAZ" investisiya şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev türkdilli ölkələrin maliyyə bazarlarının birləşməsini təklif edib. E.Quliyev bu prosesin çətin olduğunu etiraf edib, lakin mərhələli şəkildə birləşmənin mümkünlüyünü dilə gətirib.

Nikol Paşinyan: "Sarkisyanın vaxtında Ermənistanda olduqca çox siyasətçi öldürülüb"

27 Oktyabr 2017 16:30

"Seçkilərin gedişatında, hansıların ki, nəticələri əvvəlcədən heç kimdə şübhə doğurmurdu, formalaşdırılmış parlament və hökumət 27 oktyabr 1999-cu ildə başsız qaldı".

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı...

27 Oktyabr 2017 16:27

İtaliyanın “East Journal” nəşri Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqaləsində azərbaycanlılarla ermənilər arasında insani münasibətlərə diqqəti cəlb edib. Və İrəvanda azərbaycanlılar haqda erməni cəmiyyətində hökm sürən nifrət ab-havası ilə bir qədər uzlaşmayan fikirlər ifadə edən üç gənc də “aşkarlayıb”.

Bu qanun layihəsi ikinci dəfə MM-in plenar iclasına tövsiyə olundu

27 Oktyabr 2017 16:24

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirə olunub.

Teatrda imtahan

27 Oktyabr 2017 16:22

Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili, Rəşid Soltanov, Vüsal Qasımov, Ləman Məmmədli, Gülər Kazımova və Aysel İbrahimova ifa ediblər.

İmişlidə istehlakçıların konfransı keçirilib

27 Oktyabr 2017 16:19

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçılar üçün növbəti maarifləndirici Konfrans oktyabrın 27-də İmişlidə keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

Nəsimi rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib

27 Oktyabr 2017 16:18

“İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar.