Teatrda imtahan

Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili, Rəşid Soltanov, Vüsal Qasımov, Ləman Məmmədli, Gülər Kazımova və Aysel İbrahimova ifa ediblər.

Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissorluğu" fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar - a bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin "Meşə çaqqalsız olmaz" musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili, Rəşid Soltanov, Vüsal Qasımov, Ləman Məmmədli, Gülər Kazımova və Aysel İbrahimova ifa ediblər.

Tamaşanın nümayişindən sonra kurs rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev çıxış edərək tələbələri təbrik edib.  

Nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31