Nəsimi rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
“İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar.
27 Oktyabr 2017 16:18 Sosial"İslam həmrəyliyi ili" cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə "İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam həmrəyliyi ili" elan edilmişdir. Azərbaycan uzun illərdir ki, İslam sivilizasiyasının mərkəzlərindən biri olmuşdur. Dinlə bağlı qadağaların mövcud olduğu Sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərmişdir. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin İslam dəyərlərinə qayğısı sayəsində hal-hazırda ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. 300-dən artıq məscid tarixi-mədəni abidə kimi qorunur. Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə şəhərindəki "İmamzadə" kompleksi və digər məscidlər əsaslı təmir olunmuşdur. Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi, belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusi qeyd edib. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydy Misir və Azərbaycan Respublikaları arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışaraq Azərbaycan Respublikasında işləməsindən fəxr etdiyini bildirib.