Gündəm
Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən XƏBƏRDARLIQ
Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
ABŞ-ın Türkiyənin S-400 almasına qarşı çıxmasının SİRRİ
“ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına qarşı çıxır, çünki, öz təsirini itirmək istəmir”. Bu barədə rusiyalı ekspert Aleksandr Jillin ABŞ və NATO-nun S-400-lə bağlı Türkiyəyə təzyiq etməsini şərh edərkən bildirib. Rusiyalı ekspert deyir ki, NATO bu gün hər kəsin “yeganə müdir” olan Vaşinqtona boyun əydiyi düşərgədir: “Bu, “müdir” silahın kimdən və nə qədər alınacağını müəyyənləşdirir. ABŞ “müdir” olduğu düşərgədə təsirini itirmək istəmir. Buna görə də Türkiyəyə qarşı çıxır”.
MQF üzvlərinin sayı 700-ə çatır
Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, yeni təşkilatın – “Kənd Təsərrüfatının İnkişafına Yardım” İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olunub və yeni təşkilat MQF-yə üzv qəbul edilib. Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə MQF təkliflər planının hazırlanması MQF İdarə Heyətinin üzvü Çingiz Bayramova həvalə olunub. Beləliklə, MQF İdarə Heyətinin növbəti iclasında gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu və MQF-nin üzvlərinin sayı 694-ə çatıb.
Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər münasib işllə təmin edilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 52 rayon və şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Əmək yarmarkaları keçirib.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan verilən məlumata görə, ilk olaraq “Aztoday.az” saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. “Aztoday.az” saytına xəbərdarlıq edilməsi qərara alınıb. Eyni zamanda, “Aztoday.az”la bağlı toplanmış materialların Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb.
İtaliyada meşə yanğınları davam edir - Ölən var
İtaliyanın şimalındakı Pyemont vilayətində iki həftədən çoxdur davam edən meşə yanğınları daha geniş ərazini əhatə edib. Yanğın 1600 hektardan çox ərazini əhatə edib. Son məlumata gröə, yanğınlar 60-dan çox yaşayış məntəqəsinə təsir göstərib, böyük fəsadlara yol açıb.
Güclü təsir edən maddələri qanunsuz satan aptekə qarşı cinayət işi başlanıb
Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə vətəndaşlardan daxil olmuş müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb.
“Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, kitab 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bu gününə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə dövlətimiz tərəfindən qısa müddət ərzində kənddə aparılan bərpa və abadlıq-quruculuq işlərinə həsr olunub. Nəşrdə, eyni zamanda, Ermənistanın işğalı nəticəsində ölkəmizə, həmçinin Cəbrayıl rayonuna dəymiş maddi ziyanı özündə əks etdirən statistik rəqəmlər verilib, işğal altındakı torpaqlarımızda dağıdılmış tarixi-dini abidələrimizə diqqət çəkilib.
BMU da Əjdər Ağayevin 80 illik yubileyi keçirilib
Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin izlənilməsi ilə başlayıb. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. Əjdər Ağayev 50 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. 500-dən çox elmi əsərin, 40-dan çox kitabın müəllifidir.
Miqrasiya Xidməti şimal zonasında 34 nəfərə səyyar xidmət göstərib
Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün növbəti səyyar xidmət təşkil edilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 34 şəxs istifadə edib.
Gəmiçilik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyasının nümayəndələri arasında işgüzar görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Korporasiyanın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan “Krasnoye Sormovo” zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Krasnoye Sormovo” zavodunun da daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) marketinq və satış departamentinin direktoru Dmitriy Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İkitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
Cocuq Mərcanlıda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.
Sumqayıta gedən bu marşrutların fəaliyyəti dayandırıldı
Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb. Bu barədə Sumqayıt şəhər sakinləri məlumat verib.
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
İki ildir Azərbaycanda saatlar geri və irəli çəkilməsə də, telefon və kompüterlərində saat dəyişikliyi problemini yaşayanlar hələ də var. Bu səbəbdən gedəcəyi yerə zamanında çata bilməyənlər az deyil.
Dini plüralizm və tolerantlığın qorunduğu ölkə
Azərbaycan hər bir demokratik dəyərlər, prinsiplər kimi plüralizmə də yüksək səviyyədə əməl edir, onu qoruyub saxlayır, inkişaf etdirir. İstər siyasi, istər dini, istərsə də mədəni və humanitar sahələrdə plüralizm Azərbaycanda özünü ən məqbul səviyyədə göstərir, təsdiq edir.














