Gündəm
4,8 Gbit/s sürətinə malik yeni “Wi-Fi” texnologiyası təqdim edilib
Cənubi Koreyanın “SK Telecom” şirkəti məlumatları 4,8 giqabit/saniyə sürətində ötürməyə imkan verən “Wi-Fi” texnologiyası təqdim edib. “Wi-Fi” şəbəkəsi və çıxış nöqtələrinin fəaliyyətini təmin edən yeni texnologiya “IEEE 802.11ax” standartına əsaslanır. O, məlumatların ötürülmə sürətini informasiyanı 1.3 giqabit/saniyə sürətində ötürən 1 giqabitlik “802.11ac” şəbəkə standartının göstəriciləri ilə müqayisədə dörd dəfə artırmağa imkan verir.
Noyabr ayında Milli Dram Teatrında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının noyabr repertuarı açıqlanıb. Teatrın mətbuat xidmətindən Olaylar - a bildirilib ki, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb.
Süni göllərdə ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib
AMEA-nın Zoologiya İnstitutu ölkəmizdə ekoloji təmiz məhsulların alınması istiqamətində apardığı eksperimentlər üzrə uğurlu nəticələr əldə edib. İnstitutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində aparılan tədqiqatlar nəticəsində ərazidəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş və yüksək ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib. Göllərdə naxa balığının da süni çoxaldılmasına başlanılıb.
"Tottenhem"də şok itki
"Tottenhem" Premyer Liqa çərçivəsində "Mançester Yunayted"lə qaşılaşma öncəsi ciddi itki ilə üzləşib. Klubun əsas oyunçularından olan Harri Keyn "Vest Hem"lə oyunda aldığı zədə səbəbindən oyunu buraxmalı olacaq. Keynin "Real"la Çempionlar Liqası matçında da komandasına kömək edə bilməyəcəyi bildirilir.
“Kəpəz”dən yeni transfer
Cari mövsüm uğursuz çıxış edən "Kəpəz" heyətini gücləndirib. Bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Onun sözlərinə görə, seneqallı mərkəz yarımmüdafiəçisi Aladji Mansur Bailə münasibətlər rəsmiləşdirilib.
Mourinyodan “Atletiko”ya təklif
Oktyabrın 31-də "Qarabağ"ı qəbul edəcək "Atletiko" aparıcı futbolçularından olan Saul Nigeslə vidalaşa bilər. Gənc yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı var. Belə ki, "Mançester Yunayted" Saulun xidmətində maraqlıdı. "Mankunianlar"ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində İspaniya yığmasının üzvünün alınmasını istəyib. O, keçidin baş tutması üçün 2 futbolçunu qarşı tərəfə göndərməyə razıdı. Söhbət Premyer Liqa klubunun formasını geyinən ispaniyalılar - Ander Herrera və Xuan Matadan gedir.
Vidalın adı növbəti qalmaqalda hallanır
"Bayern Münhen"in yarımmüdafiəçisi Arturo Vidal növbəti dəfə gecə həyatında baş verən qalmaqalla gündəmə gəlib. İnsident sentyabrın 17-də baş verib. Münhenin "Crown's Club" disko klubunda qardaşı Sandrino və dostları ilə istirahət edən Vidal toplu davada bir nəfərin başına butulka ilə zərbə endirib.
Barama Mərkəzinin “Media ilə Elm” müsabiqəsinə sən də qoşul
Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası Barama Media Mərkəzi gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsinə start verir! "Science via Media" layihəsi yarış formatında baş tutacaq və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. 30 Sentyabrdan etibarən 1 ay 15 gün ərzində iştirakçı qəbulu davam edəcək, növbəti 10 günlükdə isə səsvermə ilə qiymətləndirmə keçiriləcəkdir.
"Qarabağ" və "Qəbələ"nin hesabına təqribən 300 min avro köçürüldü
"Qarabağ" və "Qəbələ" klublarının hesabına təqribən 300 min avro köçürülüb.
Pakistan səfiri Qarabağa görə dünyaya çağırış etdi
Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdiyi görüşə münasibət bildirib. Məlumata görə, səfir münaqişənin nizamlanmasına dair danışıqların intensivləşməsi barədə təklifi müsbət dəyərləndirib.
Vəfa Dadaşova 7 ildən sonra polis tərəfindən “zorlandığını” xatırlayıb
Qarşı cinsin nümayəndələri ilə öncə dostluq münasibəti quran, bu “səmimiyyət”dən istifadə edərək şantaj yolunu seçən, sosial şəbəkələrdə, mətbuatda, qohumlar arasında barələrində rüsvayedici məlumatlar yayacağı ilə onları hədələyən qadın sonda qazdığı quyuya özü düşüb. Təcavüzə uğradığını, zorakılığa məruz qaldığını iddia etsə də, hüquq-mühafizə orqanlarına şikayət etməməsi, qadınlıq ləyaqətinin tapdalanmasının 7 ildən sonra yadına düşməsi isə müəmma doğurur.
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ağdamda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb
Prezident İlham Əliyev Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
DTX-nin antiterror əməliyyatları davam edir – daha 4 nəfər saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir. DTX-nin İctimai Əlaqələr Şöbəsindən verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Ukrayna əsgərləri ruslara atəş açdı - GƏRGİNLİK
Ukrayna əsgərləri Ortaq Nəzarət və Koordinasiya Mərkəzinin (JCCC) müşahidə nöqtəsinə odlu silahlardan atəş açılıb. Bu barədə koordinasiya mərkəzinin rəhbəri Ruslan Yaqubov məlumat verib. Mərkəzdə rus, ukraynalı və Donetsk Xalq Respublikasının səlahiyyətli nümayəndələrinin olduğu bildirilib. Son məlumata görə, atəş hazırda da davam edir.














