"Düşündüm necə edim ki, şəkillər yayılmasın" - Namiq hansı şəkildən danışdı?
ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan sənətçi Namiq Qaraçuxurlu tamaşaçıların ona ünvanladığı suallara maraqlı cavabları ilə diqqət çəkib.
27 Oktyabr 2017 15:59 MədəniyyətARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan sənətçi Namiq Qaraçuxurlu tamaşaçıların ona ünvanladığı suallara maraqlı cavabları ilə diqqət çəkib. Aparıcı Elgiz tamaşaçının yazdığı "Niyə toyuna qadınları buraxmadı?" sualı ilə Namiqə müraciət edib.
Sənətçinin sözügedən suala cavabını təqdim edirik:
"Mən çox düşündüm ki, necə edim ki, şəkillər yayılmasın. Toya gələn qonaqların əlindən tutub telefonlarını almayacaqsan ki. Mən istəmərəm ki, mənim toyumda xanımımla şəklimi çəkib qoysunlar İnstagram-a və kim nə istəyir yazsın. Onun qarşısını almaq üçün mən kişi toyu etdim və xanımları dəvət etmədim. Məcburən kişi toyu etdim". Milli.az