Vəkil, yoxsa nümayəndə?

Ali Məhkəmənin sədri tərəfindən parlamentə Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib.

Vətəndaşlar hüquqlarının müdafiəsini kimə etibar etməlidirlər?

Ali Məhkəmənin sədri tərəfindən parlamentə Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. İndi müzakirə olunan məsələrdən bir ondan ibarətdir ki, ölkədə nümayəndəlik institunun aradan qaldırılmasına nə dərəcədə ehtiyac var? Hüquqşünas Ramil Süleymanov deyib ki, sözügedən dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı nəzərdə tutulur. Lakin 10 milyon nəfərədək əhalisi olan Azərbaycanda cəmi 936 vəkil var, hər 11 min 100 nəfərə 1 vəkil düşür. Hətta son müsabiqədə bütün vəkilliyə namizədlərin hamısı vəkil ola bilsə, Vəkillər Kollegiyasının üzvlərinin sayı 2 dəfə artsa belə, Azərbaycanda 6 min nəfərə 1 vəkil düşəcək: "Məsələn, qonşu Gürcüstanda 4 milyon əhali, 5 min vəkil var. Başqa sözlə, hər 800 nəfərə 1 vəkil düşür". Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı nəzərdə tutulur. 10 milyon nəfərədək əhalisi olan Azərbaycanda cəmi 936 vəkil var, hər 11 min 100 nəfərə 1 vəkil düşür. R. Süleymanov deyib ki, dövlət bu dəyişiklikləri vətəndaşların daha keyfiyyətli hüquqi yardım almasına nail olmaq niyyəti ilə izah edir: "Belə əsaslandırma var ki, nümayəndələrin yetərincə peşəkar olmaması məhkəmə proseslərinin uzadılmasına yol açır. Bu gün 936 vəkilin 100-ə qədəri vəkil kimi fəaliyyət göstərmir, müxtəlif dövlət qurumlarında çalışır. Bu vəkillərin 800-ə qədər Bakı və Abşeronda cəmləşib. Bölgələrdə cəmi 150-yə qədər vəkil fəaliyyət göstərir. Bütün bu səbəblərdən əhali daha çox nümayəndələrin yardımından istifadə edir. Bütün bu amillər nəzərə alınaraq, nümayəndəlik institutun ləğvi düzgün deyil. ABŞ-da pensiya işlərinin 92 faizini, digər işlərin 11 faizini nümayəndələr aparıb". R. Süleymanov keyfiyyətli hüquqi yardım baxımından çıxış yolu olaraq yalnız hüquqi təhsili olan şəxslərin nümayəndə kimi fəaliyyətinə icazə verilməsini təklif etdiklərini bildirib: "Praktik fəaliyyətlə məşğul olan nümayəndələr VÖEN-lə çalışırlar, Vergilər Nazirliyində qeydiyyatdan keçirlər. Təklif edirik ki, hüquqi təhsili olanlar hüquqşünaslar Vergilər Nazirliyi ilə bərabər Ədliyyə Nazirliyində də qeydiyyatdan keçsinlər". Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, Azərbaycanda Nümayəndəlik institutunu ləğv etməyə hələ ki, ehtiyac yoxdur. "Vəkil və vəkillik fəaliyyəti haqqında"qanuna təklif edilən dəyişikliyə əsasən, hüquqi şəxslər yenə də nümayəndəlik institutunun fəaliyyətindən yararlana biləcək. Nümayəndəlik institutunun xidmətindən fiziki şəxslər yararlana bilməyəcək. Yəni fiziki şəxslərlə bağlı bütün məhkəmə çəkişmələrində ancaq vəkillər iştirak edə biləcək, nümayəndələr deyil. Deputat bildirib ki, qanuna nəzərdə tutulan dəyişiklik Azərbaycanda vəkil qıtlığı yaranmasına yol açacaq: "Bu gün Azərbaycanda vəkillərin sayı Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır və bu, istər-istəməz müəyyən problemlər yaradacaq. Vəkil çatışmazlığı problemini orataya çıxaracaq. Bu gün Azərbaycanın elə rayonu var ki, orada ümumiyyətlə vəkil fəaliyyət göstərmir və yaxud da həddən artıq azdır. Qanuna dəyişikliklər qəbul olunduqdan sonra fiziki şəxslər məhkəməyə müraciət zamanı ərizə yazmaq və ya iddia qaldırmaq üçün vəkil tutmalı olacaq və bu da bir sıra problemlər yaradacaq. Çünki bölgələrdə vəkillər həddən artıq azdır. O zaman vətəndaş digər rayonlarda fəaliyyət göstərən vəkillərə müraciət etmək zorunda qalacaq ki, bu da əlavə problemlər yaradacaq. Ona görə ki, heç də əhalinin bütün təbəqəsi vəkil tutmaq və onun xidmətindən yararlanmaq imkanına malik deyil. Onların imkanı buna yol vermir. Bu da öz növbəsində bir sıra problemlərə yol açacaq. O baxımdan mən əhalinin aztəminatlı təbəqəsi üçün dövlət hesabına vəkillərin tutulmasını təklif etdim. Hesab edirəm ki, bu mütləq lazımdır". Deputat bildirib ki, qanunvericilikdə vətəndaşın hələ də müstəsna hallarda dövlət hesabına vəkillə təmin olunmaq hüququ var: "Lakin vəkillərin müdafiəçilərə keyfiyyətsiz xidməti və digər neqativ hallara gəldikdə, bunları inkar etmək olmaz. Bir çox hallarda vəkillər konyukturya əl ataraq qarşı tərəfin mükafatı nəticəsində müdafiəçisini deyil, qarşı tərəfi haqlı çıxarmağa çalışır. Belə hallar olub və bu gün də var. Bu və ya digər xoşagəlməz halların qarşısını almaq üçün vəkillik institutunun məsuliyyəti artırılmalı, peşəkarlıq, xidmət səviyyəsi yüksəldilməlidir. Həm vəkillərin sayının artırılması, həm peşəkarlıq, həm xidmət səviyyəsinin artırılması, həm də digər neqativ halların qarşısının alınması, məsuliyyət yükünün artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə ciddi problemlər ortaya çıxacaq". Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrindəki çatışmazlığı səbəb göstərib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31