Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi davam edir

Oktyabrın 26 – da Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının “Muğamat var olan yerdə”adlı layihəsi çərçivəsində VI televiziya Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti keçirilib. Konsert Pərviz Qasımovun “Mirzə Hüseyn segahı”nın ifası ilə açılıb. Daha sonra xanəndə “Dilkeş”, “Şikəsteyi-fars” təsniflərini,”Dəli ceyran”,”Xumar oldum”(xalq mahnıları),”İlk məhəbbət”(Habil Əliyev), ”Yaşa məhəbbətim, yaşa ürəyim” (Əlibaba Məmmədov)mahnılarını ifa etdi.

Oktyabrın 26 - da Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının "Muğamat var olan yerdə"adlı layihəsi çərçivəsində VI televiziya Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti keçirilib.

Konsert Pərviz Qasımovun "Mirzə Hüseyn segahı"nın ifası ilə açılıb. Daha sonra xanəndə "Dilkeş", "Şikəsteyi-fars" təsniflərini,"Dəli ceyran","Xumar oldum"(xalq mahnıları),"İlk məhəbbət"(Habil Əliyev), "Yaşa məhəbbətim, yaşa ürəyim" (Əlibaba Məmmədov)mahnılarını ifa etdi.

Solo-konsert Pərviz Qasımov və onun muğam müəllimi, Əməkdar artist Təyyar Bayramovun birlikdə ifa etdikləri "Qarabağ şikəstəsi" ilə sona yetdi.

Konsert zamanı xanəndəni "Uğur" ansamblı müşaiyət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31