"Terror törətmək istəyənlərlə Əli Kərimli arasında əlaqə araşdırıla bilər"- ŞƏRH

“Mitinq keçirmək yalnız Əli Kərimlinin özünə, biznesini davam etdirmək və onu himayə, idarə edən qrupların maraqlarını ifadə etmək üçün lazımdır”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

"Mitinq keçirmək yalnız Əli Kərimlinin özünə, biznesini davam etdirmək və onu himayə, idarə edən qrupların maraqlarını ifadə etmək üçün lazımdır". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

Prinsip etibarı ilə bu gün Azərbaycanda hər hansı etiraz aksiyasının keçirilməsinə ehtiyacın olmadığını deyən BAXCP sədrinin müavini bildirib ki, hər kəsin də şahidi olduğu kimi bu günə qədər keçirilən aksiyalarda yalnız barmaq sayı qədər insanlar olur: "Əgər ictimaiyyət dəstək vermirsə, Əli Kərimli yanlışlıqlarından nəticə çıxarmalı, ictimaiyyətin dəstəyini almaq üçün ortaya ciddi proqramlar qoyub, arqumentlərlə çıxış etməlidir. Amma göründüyü kimi, Əli Kərimli fiyaskoya uğraya-uğraya öz əməlini davam etdirir. Bu da onun bu addımları müstəqil şəkildə atmadığını, idarə olunduğunu göstərir. Əli Kərimli aldığı sifarişləri yerinə yetirməklə, Azərbaycana qarşı ayrı-ayrı siyasi qrupların əlində alətə çevrildiyini sübuta yetirir".

E.Mirzəbəyli qeyd edib ki, Əli kərimlinin bu günə qədər ki fəaliyyəti məqsədyönlü şəkildə təxribat törətmək, Azərbaycanın əleyhinə çıxış etmək, yalan məlumatlar yaymaqdan ibarət olub və bu gün də bu missiyasını davam etdirir.

Bu günlərdə keçiriləcək mitinqdə bir qrup şəxsin terror törətmək istəyində Əli Kərimlinin rolu ilə bağlı məsələyə münasibət bildirən E.Mirzəbəyli söyləyib ki, prinsip etibarı ilə Əli Kərimlinin himayə, müdafiə etdiyi və dəstəklədiyi şəxslər içərisində radikal ekstremist qruplarının nümayəndələrinin olduğunu nəzərə alsaq, belə bir əlaqənin mövcudluğu araşdırıla bilər: "Bilirsiniz ki, bu gün Əli Kərimlinin əməkdaşlıq etdiyi radikal ekstremist qrupların bir neçə nümayəndəsi həbsdədir. Onların Azərbaycanında terror törətmək istədikləri və ekstremizmi yaymaq istədikləri də sübuta yetirilib. Bundan başqa Əli Kərimli tərəfindən həyata keçirilən aksiyalarda həmin ekstremist qrupların nümayəndələrinin də iştirak etdiyini nəzərə alsaq terror törətmək istəyən şəxslərlə Əli Kərimli arasında hər hansı əlaqənin mövcudluğu DTX tərəfindən araşdırıla bilər. Bu təbii ki, müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir. Lakin Əli Kərimlinin davranışları, atdığı addımları, ekstremist qruplara dəstək olması onun təxribatçı xarakterini nümayiş etdirir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31