Gündəm

Elman Rüstəmov: “İlin sonunadək manat bahalaşa bilər”

31 Oktyabr 2017 16:40

Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq.  Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Erməni ictimai fəal: “Azərbaycanlılar və ermənilər birgə yaşaya bilirlər”

31 Oktyabr 2017 16:38

“Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilirlər. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər bir-birlərinə qardaş deyirlər”. Məlumata görə, bunu Tbilisidə keçirilən “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” adlı konfransda Rusiyada yaşayan erməni ictimai fəal Oksana Altunyan deyib.

Rusiya "Türk axını" qaz kəmərinin Aİ ölkələrinədək uzadılmasının şərtini açıqlayıb

31 Oktyabr 2017 16:35

"Rusiya "Türk axını" qaz kəmərinin digər Avropa ölkələrinədək uzadılmasına hazırdır. Ancaq bu, Brüsselin möhkəm hüquqi zəmanət verməsindən sonra baş verə bilər". Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Biznes Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə bildirib. 

Almaniyada terror aktı törətməyə hazırlaşan suriyalı tutuldu

31 Oktyabr 2017 16:29

Almaniyanın Meklenburq Federal Torpağının Şverin şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 19 yaşlı Suriya vətəndaşı tutulub. Məlumatı Almaniya Baş Prokurorluğu yayıb. Baş Prokurorluqdan bildirilib ki, həmin şəxsin yaşadığı mənzildə axtarış aparılıb. İlkin araşdırmalar nəticəsində suriyalının cari ilin iyulundan terror aktı törətməyə hazırılaşdığı məlum olub. “Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur”, - məlumatda vurğulanıb.

Azərbaycan DİN və Gürcüstan İctimai Televiziyası “Azadlıq” radiosunu təxribatda ittiham edir

31 Oktyabr 2017 16:27

“Azadlıq” radiosunun azərbaycan xidmətinin saytında Gürcüstanın Qardabani bölgəsində azərbaycanlılarla svanlar arasında oktyabrın 26-da qarşıdurma baş verdiyi barədə ötən gün yerləşdirilmiş süjetlə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyantla çıxış edib. Nazirlik 2014-cü ilin mayında baş vermiş insidentə dair Gürcüstan İctimai Televiziyasının süjetini indiki baş vermiş hadisə kimi “Azadlıq” radiosu tərəfindən yayılmasını “təxribat” adlandırıb.

"Qoca"ya görə həbs olunan Fədayədən ŞOK ETİRAF: "Günlərlə onun yanında qaldım"

31 Oktyabr 2017 16:24

Tanınmış müğənni Fədayə Laçınla "Qoca" ləqəbli Etibar Məmmədovun sevgi romanı sən demə, türməyə düşməmişdən öncə başlayıbmış. Belə ki, hələ 2015-ci il noyabrın 25-də müğənni Space Televiziyasında Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan "Məhəbbət əhvalatları" verilişində şəxsi həyatı ilə bağlı şok açıqlamalar verib.

ABŞ səfirliyində partlayış

31 Oktyabr 2017 16:21

Əfqanıstanın paytaxtı Kabildə, ABŞ səfirliyi binasının yanında dəhşətli partlayış baş verib.

Putindən sələfinə sərt sözlər: “Bu dövlət terroru idi”

31 Oktyabr 2017 16:20

Rusiyanın paytaxtı Moskvada SSRİ dövründə siyasi təzyiqlərə məruz qalan qurbanların xatirəsinə “Kədər divarı” adlı abidə ucaldılıb. Abidə SSRİ diktatoru İosif Stalinin dövründə “KULAK” sistemi ilə fəaliyyət göstərən əsir düşərgələrinin parçalarından düzəldilib. Xatirə abidəsinin açılışını Rusiya Prezidenti Vladimir Putin edib. Prezident çıxışı zamanı 1930-cu illərdə baş verən siyasi hadisələrin və təzyiqlərin heç bir şəkildə haqlı çıxarılmayacağını bildirib.

İŞİD Ronaldodan nə istəyir?

31 Oktyabr 2017 16:18

İŞİD terror təşkilatı "2018 Dünya Kuboku"nu dünyaca məşhur futbolçuların posterləri ilə təhdid etməkdə davam edir. Terrorçular bu dəfə “Real” klubunun hücumçusu Kristiano Ronaldonu hədəf alıb. Onlar Ronaldonun diz çökdüyü yerdə təsvir edilən fotosunu paylaşıblar. Fotonun altına isə “söylədiklərimiz eşitdiyiniz deyil, görüdüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik” yazıblar.

ATƏT PA-nın prezidenti: “Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”

31 Oktyabr 2017 16:17

“Bakı-Tbilisi-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”. Bunu ATƏTParlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: “Hazırda biz bütün dünyada “İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə “İpək yoluna dəstək qrupu” yaradılıb”.

Nümayəndəlik institutu rəsmən ləğv edildi

31 Oktyabr 2017 16:10

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında 1994-ü ildə imzalanan "Əsrin müqaviləsi"nin müddətinin uzadılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.

Azərbaycan və Türkiyə prezidentləri birgə nahar ediblər

31 Oktyabr 2017 16:09

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə nahar ediblər. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

31 Oktyabr 2017 16:07

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra prezident İlham Əliyevin və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar. 

Prezident: "Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır"

31 Oktyabr 2017 16:05

"Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır. Bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək". Məlumata görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib. Ölkə başçısı deyib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır".

Azərbaycan prezidenti: "Türkiyədən hərbi məhsullar alırıq və alacağıq"

31 Oktyabr 2017 16:03

"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir". Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.