Azərbaycan prezidenti: "Türkiyədən hərbi məhsullar alırıq və alacağıq"
"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir". Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
31 Oktyabr 2017 16:03 Siyasət"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir". Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb. "Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq", - deyə prezident vurğulayıb. Apa.az