Gündəm

Dövlət fikir və söz azadlığına xüsusi diqqət yetirir

31 Oktyabr 2017 17:12

Bir əsrdən çox yaşı olan Azərbaycan mediası, mətbuatı yarandığı gündən hazırkı mərhələsinə gəlib çıxana qədər çox keşməkeşli, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Mən bu günə qədər, xüsusilə Milli Məbuatımızın təsis edildiyi tarixdən müstəqillik illərinə qədər olan dövrü, bu illərdə media sahəsində baş verən müsbət və ya mənfi hadisələri sadalamaq fikrində deyiləm.

Rusiyada yenidən Afrika taunu virusu aşkar edildi

31 Oktyabr 2017 17:07

Rusiyanın Nijni Novqorod vilayətində çöl donuzlarında Afrika taunu virusu aşkar edilib. Məlumata görə, bu virus vəhşi təbiətdə ovlanmış heyvanlarda tapılıb. Hazırda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış üçün vaxt istəyib

31 Oktyabr 2017 17:05

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edərək bəraət hökmünün çıxarılmasını istəyib. A. Mustafayev də vəkili ilə razı olduğunu deyib. Beytulla Hüseynovun vəkili isə onun əmlakları üzərindən həbsin götürülməsini xahiş edib.

MTN generalı Elçin Quliyevin məhkəməsinin vaxtı məlum olub

31 Oktyabr 2017 17:03

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə qeyri-müəyyən vaxtadək təxirə salınmış məhkəmə prosesi vaxtı müəyyənləşib.

Saakaşvili Poroşenkonu məhkəməyə verdi

31 Oktyabr 2017 17:01

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkə vətəndaşlığından məhrum edilməsi ilə əlaqədar Ukrayna Ali İnzibati Məhkəməsi qarşısında iddia qaldırıb.

Erməni nazirin oğlu tutuldu

31 Oktyabr 2017 16:59

Ukraynanın Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakovun oğlu Aleksandr Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb. Bu haqda Ukrayna nazirinin keçmiş məsləhətçisi İlya Kiva bildirib. “Aleksandrı saxladılar. Bildiyim qədər, axtarış heç bir nəticə verməyib, buna görə də telefonlar və planşetlər götürülüb. Bunu yüz faiz bilirəm, çünki bilavasitə əlaqədəyəm və ünsiyyət saxlayıram”, - Kiva “112 Ukrayna” telekanalının efirində deyib. O qeyd edib ki, axtarış artıq başa çatıb və Avakovun oğlu məhkəməyə göndərməlidir. “Nazirlə manipulyasiya etmək və onun qərarlarına təzyiq imkanlarına malik olmaq üçün oğlunu həbs etmək istəyirlər”, - sabiq məsləhətçi vurğulayıb.

Avropa İttifaqı Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir

31 Oktyabr 2017 16:58

“Avropa İttifaqı olaraq Dağlıq Qarbağda baş verən cinayət və zorakılıqları qətiyyətlə pisləyir və qınayırıq”. “OLAYLAR”-ın xəbərinə görə, bu açıqlama Avropa Komissiyası rəhbərliyinin DAA rəhbərinə cavabında qeyd olunub. Bugün Avropa Komissiyası Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya ölkələri üzrə direktorluğundan cənab Dirk Shuebel, Dünya Azərbaycanlıları Assambleyası rəhbəri Rəşad Quliyevə məktub göndəRib. Məktubda qeyd edilir ki, bu məsələ konkret olaraq 2015-ci ilin Şərq Tərəfdaşlığı sammitində qəbul olunmuş deklarasiyada qeyd olunduğu kimi biz Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Eyni zamanda bu açıqlama ilə Avropa Şurasının prezidenti Donald Tuskun 2017 – ci ilin fevralında Brüsseldə keçirilən sammit zamanı çıxışında bir daha qeyd olunmuşdur. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən zorakılıq və cinayət hallarına dərin təəssüfflə yanaşmaqla yanaşı və bu halları qınayır.

Bakı və Abşeronun su təminatı yaxşılaşdırılacaq

31 Oktyabr 2017 16:56

Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli içməli su ilə təminatı məqsədilə layihələr davam etdirilir. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, 10 yaşayış məntəqəsində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq.

SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunub

31 Oktyabr 2017 16:55

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Lord Devid Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışıb. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir. 

Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub

31 Oktyabr 2017 16:53

Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır. 2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.

Muğam Mərkəzində  “Orta Mahur” və “Rahab” muğamları səslənəcək

31 Oktyabr 2017 16:51

Noyabrın 1-də Muğam Mərkəzində “Orta Mahur” və “Rahab” muğamları səslənəcək . Olaylar.az bildirir ki, muğamları istedadlı xanəndələr Məmməd Nəcəfov, Gülnar Qüdrətli və Nisbət Sədrayeva ifa edəcəklər. Xanəndələri Azərbaycan Respublikasının Əməkdar artisti,tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental ansamblı müşayiət edəcək.

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

31 Oktyabr 2017 16:50

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu “Belomorkanal” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

İspaniya Kataloniyanın müstəqillik qətnaməsini ləğv etdi

31 Oktyabr 2017 16:49

İspaniyanın konstitusiya məhkəməsi Kataloniyanın müstəqilliklə bağlı qətnaməsini ləğv edib. Kataloniya hökumətinin rəhbəri vəzifəsindən azad olunan Karles Puçdemon 100-dən çox jurnalistin iştirakı ilə baş tutan və canlı yayımlanan mətbuat konfransında bildirib ki, yaradılan şəraitdə İspaniya hökuməti ilə hansısa nəticəyə gəlmək mümkünsüz idi: “Kataloniya hökuməti Madridlə dialoq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdı, lakin bunun mümkün olmadığını gördükdə müstəqilliyini elan etməyə məcbur oldu”.

Fədayə Laçın barədə ilginc məlumatlar üzə çıxıb

31 Oktyabr 2017 16:47

Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib. Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: "Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm".

Xalq artistinin nəşi sabah Bakıya gətiriləcək

31 Oktyabr 2017 16:45

Sabah xalq artisti Rafiq Hüseynovun nəşi Azərbaycana gətiriləcək. Bu barədə  məşhur teleaparıcının xanımı Səbinə Hüseynova məlumat verib.  O bildirib ki, diktorun cənazəsi Almaniya vaxtı ilə 17:00-da Bakıya göndəriləcək: “Rafiq Hüsyenovun nəşi Azərbaycana isə təxminən səhər saatlarında çatacaq.