Gündəm
İlham Əliyev: “BMT qətnamələri kağızda qalır, Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır”
“Türkiyə prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Mən Rəcəb Tayyib Ərdoğanın diqqətinə danışıqlarla bağlı son vəziyyəti çatdırdım”. Məlumata görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Ərdoğan: “Azərbaycan qazı Avropaya nəql olunacaq, bu, bəzilərini narahat edir”
“Bu gün biz öz evimizdəyik, qonaq deyilik”. Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bütün parametrlər üzrə fayda gətirəcək layihə
Bir neçə gündür ki, dünyanın əsas diqqəti Azərbaycanın paytaxtına yönəlib. Səbəb isə Azərbaycanın da iştirakı ilə həyata keçirilən daha bir regional layihədir. Əslində isə bu regional layihə həm də qlobal, beynəlxalq əhəmiyyət daşıyır. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq tamamlanaraq oktyabrın 30-da istifadəyə verildi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsas etibarilə üç ölkəni özündə ehtiva etsə də, lakin bu layihəyə olan maraq, ondan yararlanmağa, dəmir yolu xəttindən istifadə etmək üçün ortaya qoyulan istəklər onun əhəmiyyətini daha da artırır.
Hərracda avtomobillərə maraq artıb
Oktyabrın 31-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan “Kia Sportage” nəqliyyat vasitəsinə 5 sifariş verilib. Start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib.
Nümayəndəlik institutu ilə bağlı sənəd müzakirəyə çıxarılıb
Milli Məclisin (MM) oktyabrın 31-də keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
"Yaşıllıqların mühafizəsi haqqında" qanun dəyişdirildi
Milli Məclisin iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihə barəsində Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Qənirə Paşayeva: “Biz bunun nəticələrini gələcəkdə görəcəyik”
“Biz müəyyən sahibkarların işçiləri əmək müqaviləsi olmadan çalışdırmasına qarşı mübarizə aparmalıyıq. Onlar necə pensiya alacaq, onların gələcəyi necə olacaq?” “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva bildirib.
Məhbusların qaçmasına yardım edən taksi sürücüsü həbs olunub
Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib. Tutulan şəxs Hacıyev Məhəmməd Famil oğludur. Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prezident: “Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir”
“İki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur”. Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakı görüşünün vaxtı dəqiqləşib
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşünün vaxtı dəqiqləşib. Diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüş dekabrın 20-də baş tutacaq.
Penitensiar Xidmətin məhbusların qaçmasına görə həbs edilən əməkdaşlarına qarşı yeni ittiham irəli sürülüb
Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər.
"Zirə"nin 5 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq
Hava yağmurlu olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı: "Bir də gördüm hikkəylə girdi otağıma..."
Xəbər verdiyimiz kimi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifindən imtina etdiyi üçün işdən çıxarıldığını iddia edib. G.Ələsgərova məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini də söyləyib. İttihamlardan biri də xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edilməsidir.
Zəvvarları daşıyan avtobus qəzaya uğradı: 4 ölü, 14 yaralı var
İraqın Babil mühafəzasındakı Hillə şəhərində zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 4 iranlı zəvvar ölüb, 14 nəfər yaralanıb.














