Bütün parametrlər üzrə fayda gətirəcək layihə
Bir neçə gündür ki, dünyanın əsas diqqəti Azərbaycanın paytaxtına yönəlib. Səbəb isə Azərbaycanın da iştirakı ilə həyata keçirilən daha bir regional layihədir. Əslində isə bu regional layihə həm də qlobal, beynəlxalq əhəmiyyət daşıyır. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq tamamlanaraq oktyabrın 30-da istifadəyə verildi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsas etibarilə üç ölkəni özündə ehtiva etsə də, lakin bu layihəyə olan maraq, ondan yararlanmağa, dəmir yolu xəttindən istifadə etmək üçün ortaya qoyulan istəklər onun əhəmiyyətini daha da artırır.
31 Oktyabr 2017 15:58 SiyasətBakı-Tbilisi-Qars yeni əməkdaşlıq imkanları yaradacaq
Bir neçə gündür ki, dünyanın əsas diqqəti Azərbaycanın paytaxtına yönəlib. Səbəb isə Azərbaycanın da iştirakı ilə həyata keçirilən daha bir regional layihədir. Əslində isə bu regional layihə həm də qlobal, beynəlxalq əhəmiyyət daşıyır. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq tamamlanaraq oktyabrın 30-da istifadəyə verildi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsas etibarilə üç ölkəni özündə ehtiva etsə də, lakin bu layihəyə olan maraq, ondan yararlanmağa, dəmir yolu xəttindən istifadə etmək üçün ortaya qoyulan istəklər onun əhəmiyyətini daha da artırır. Çünki Bakı-Tbliisi-Qars dəmir yolu xətti təkcə Azərbaycan, Türkiyə və Gürcüstana deyil, onun iştirakçısı olmayan Avropa və Asiya ölkələrinə də imkanlar açır. Elə bu səbəbdən də Bakı-Tbilisi-Qars haqlı olaraq Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən əsas körpü kimi xarakterizə edilir. Təsadüfi deyil ki, elə dəmir yolu xəttinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu fikri təsdiqləmiş oldu. Bakı-Tbilisi-Qarsın strateji əhəmiyyətli bir layihə olduğunu diqqətə çatdıran dövlət başçısı həmçinin qeyd etdi ki, dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur: "Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinəçevrilir".
Bakı-Tbilisi-Qarsın həm siyasi, həm iqtisadi, həm də beynəlxalq əhəmiyyəti danılmazdır. Siyasi və beynəlxalq əhəmiyyətinə toxunmadan layihənin iqtisadi tərəfinə diqqət yetirmək vacibdir. Nəzərı alsaq ki, iqtisadiyyatda önəmli yerlərdən birini məhz turizm tutur, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin turizm sektorunda da müsbət dəyişikliklərə gətirib çıxaracağı danılmaz faktdır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də layihənin açılış mərasimində çıxışı zamanı bu məqamam diqqət çəkərək qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq.
Bu birmənalıdır ki, Azərbaycan vətəndaşlarının bir qayda olaraq səfər etdikləri ölkələr sırasında Türkiyə və Gürcüstan öm sırada qərarlaşır. Təsadüfi deyil ki, ötən ilin statistik göstəricilərinə görə, Gürcüstana turist kimi səfər edən xarici ölkə vətəndaşları arasında Azərbaycan ilk üçlükdə qərarlaşıb. Eyni ilə Türkiyəyə də bunu şamil etmək olar. Nəzərə alsaq ki, Gürcüstana səfər etmək Türkiyəyə səfər etməkdən bir qədər baha çıxır, o zaman daha sərfəli nəqliyyat növü olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu baxımdan mühüm əhəmiyyət daşıyacaq. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə təkcə yükdaşımalar deyil, eləcə də sərnişindaşımaları həyata keçiriləcək. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Bu məqsədlə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Heç .şübhəsiz ki, bu da həmin marşrut üzrə hərəkət edəcək, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən yararlanacaq sərnişinlər üçün cəlbedici görünəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində qiymətlər Azərbaycandan Türkiyəyə olan təyyarə biletlərindən sərfəli olduğundan turistlər üçün bu nəqliyyat növü cəlbedici sayıla bilər.
Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 milyon insanın yararlanacağı deyilir. Amma qısa zamanda Orta Asiya respublikalarının da bu nəqliyyat növündən istifadəyə maraq göstərəcəyi sərnişin sayından əsaslı dərəcədə artıma səbəb olacaq. Bu həm də Orta Asiya respublikalarından olan turistlərin daha əlverişli marşrut vasitəsilə Türkiyə və Gürcüstana səfər etmələrinə imkan yaradacaq. Eyni fikirləri Azərbaycana da şamil etmək olar. Növbəti illərdə qardaş ölkədən Azərbaycana turist kimi səfər edəcək şəxslərin sayında artımın baş verəcəyi şübhə edilmir.
Burada bir məqama da diqət çəkmək lazımdır. Hər kəsə bəllidir ki, Türkiyənin Qars vilayəti azərbaycanlıların daha çox məskunlaşdığı bölgələrdən biridiri. Uzun illərdir ki, bu vilayətdə ciddi iqtisadi və ticari ıayihələrin gerçəkləşdirilməsi üçün oradakı azərbaycanlılar tərəfindən həm Bakı, həm də Ankaraya təkliflər edilir. Xüsusilə, qış aylarında Qarsın dağlıq ərazilərində qış turizminin inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Lakin indiyə qədər mövcud olan nəqliyyat problemi bu ideyanın gerçəkləşməsini qeyri-mümkün edirdi. Hazırda Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi Qarsda qış turizminin inkişaf etdirilməsi ilə yanaşı, orada yaşayan əslən azərbaycanlıların sosial şəraitinin daha da yaxşılaşdırılmasına, iş adamı olan azərbaycanlı sahibkarların yeni investisiya layihələri həyata keçirməsinə imkan yaradar.
Göründüyü kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bütün parametrləri üzrə onun iştirakçısı olan dövlətlərə fayda verəcək, yeni-yeni imkanlar yaradacaq. Hər yeni yaranan imkan isə qarşıda növbəti birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Necə ki, Bakı-Tbilisi-Ceyhanın davamı olaraq Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələr gerçəkləşdi, qarşıdakı illərdə də neçə-neçə bu tipli layihələr, birgə əməkdaşlıq formatları baş tutacaq.
Süleyman