"Yaşıllıqların mühafizəsi haqqında" qanun dəyişdirildi

Milli Məclisin iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihə barəsində Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Milli Məclisin iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, layihə barəsində Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. Bildirib ki, dəyişikliklər layihəsinə görə 12.3-cü maddə aşağıdakı redaksiyada verilir: "Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir." 14.7-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: "Yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". 16.1-ci maddəyə isə belə məzmunda ikinci cümlə əlavə edilir: "Bu Qanunun 9.0.2-ci, 9.0.3-cü və 9.0.7-ci maddələrində nəzərdə tutulan mühafizə tədbirlərini bu Qanunun 8.2.5-ci maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı həyata keçirir". Eyni zamanda, qanuna aşağıdakı məzmunda 21.4-cü maddə əlavə edilir: "Yaşıllıq salınması məqsədi ilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunurlar. Yaşıllıqların salınması və bərpası üçün əkin materialları yetişdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılır". Layihə səsə qoyularaq qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31