Erməni ictimai fəal: “Azərbaycanlılar və ermənilər birgə yaşaya bilirlər”
“Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilirlər. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər bir-birlərinə qardaş deyirlər”. Məlumata görə, bunu Tbilisidə keçirilən “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” adlı konfransda Rusiyada yaşayan erməni ictimai fəal Oksana Altunyan deyib.
31 Oktyabr 2017 16:38 Siyasət"Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilirlər. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər bir-birlərinə qardaş deyirlər". Məlumata görə, bunu Tbilisidə keçirilən "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" adlı konfransda Rusiyada yaşayan erməni ictimai fəal Oksana Altunyan deyib.
Atasının əslən Qarabağdan olduğunu söyləyən O.Altunyan bildirib ki, Azərbaycan və Ermənistan arasında təmas xəttində toqquşmalar olanda çox böyük narahatlıq keçirir: "Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırılmalıdır. Biz qadınlar müharibənin əleyhinəyik. Münaqişə bizə lazım deyil. Münaqişənin yeganə həll yolu sülhdür". Erməni ictimai fəal bu yaxınlarda Bakıda olduğunu və qonaqpərvərliklə qarşılandığını vurğulayıb. Apa.az