Gündəm
Strasburqda Azərbaycan mədəniyyəti nümayiş olunub
Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Sara Rəcəbli Strasburq şəhərində beynəlxalq tədbirdə təmsil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, "Study Session: ADV-ENT-ure. Youth advocacy for social rights" adlı tədbir Avropa Şurası tərəfindən həyata keçirilib. Tədbirin məqsədi vəkillik üçün birgə gənclər şuralarının inkişaf etdirmək, qabiliyyətlərini artırmaq və gənclərin sosial hüquqlarından istifadə etməkdir.
BNA “Qarabağ”-“Çelsi” oyununa hazırlaşır
22.11.2017 tarixdə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Çelsi” Oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə metronun “Qara Qarayev”, “20 yanvar” və “28 may” stansiyaları istiqamətində hərəkət edəcək.
Allahşükür Paşazadə Rusiyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfərə yola düşür. QMİ-nin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfərdə məqsəd noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil etdiyi "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda konfransda iştirak etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq konfransda Azərbaycanın Milli Məclis üzvləri, AMEA-nın İnstitut rəhbərləri, ölkəmizin tanınmış elm və din xadimlərindən ibarət geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Nazir müavini: “Azərbaycanda azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir”
“Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir”.
İranlı Mühacirlər Cəmiyyəti layihəyəsinə yekun vurdu Ziyarətlər, sənədli filmə baxış, rəylər, təkliflər
"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədirlərin keçirilməsi" layihəsinə noyabrın 18-də yekun vurub. Layihə çərçivəsində reallaşdırılan "İranlı Mühacirlər Cəmiyyəti - mühacirətin dünyəvi Azərbaycan modeli" adlı dördüncü "dəyirmi masa" İMC-in üzvü olduğu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun zalında düzənlənib. İştirakçılar bir gün öncə Fəxri Xiyabana baş çəkmiş, iranlı mühacirlərə müstəsna qayğı nümunələri ilə xatirələrdə qalan Ümummilli Liderimiz Heydər Əliyevin, Azərbaycan Demokrat Firqəsinin banısı və Təbrizdəki Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin, həmçinin təşkilatın rəhbərləri olmuş general Qulam Yəhyanın abidələri, Əmirəli Lahrudinin məzarı önünə tər çiçək dəstələri düzmüşlər.
Əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır
İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır.
Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz saxlanılıb
Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək insanları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. DİN-dəən “Olaylar”a verilən məlumata görə, daxili İşlər orqanlarının əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinə (RPİ) taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, cari ilin noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır.
Eyni mənzil bir neçə şəxsə satılır
Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir ki, müzakirə mövzusudur. “Olaylar” xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, hələ 3 il əvvəl bununla bağlı təkliflərini hökumətə təqdim edib: “Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərə əlavə edilib.
Komitə sədri: “Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir”
"8 il bundan əvvəl ilk Uşaq Forumu keçiriləndə, sizin kimi gənc oğlan və qızlar sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağrış etdilər və onların bir çox ideya və arzuları həyata keçirilib. Bu gün isə biz artıq IV Forumu keçiririk.
Daha 68 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca müxtəlif çeşidli 68 dövlət əmlakı çıxarılacaq.
Əli Əhmədov: " Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar mühüm çəkiyə malikdir”
“Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Bizim ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyini, özünə inamın göstəricisidir". “Olaylar”ın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədr müavini-icra katibi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edərkən deyib.
Xəzərdə 2 balıqçı xilas edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əraziyə baxış keçirərkən “PR-1960” bort nömrəli balıqçı qayığının yanalma körpüsündə olmadığı aşkarlanıb.
Lavrov Bakıya niyə gəlmişdi?
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsində iki əsas məsələ var. Azərbaycan – Rusiya diplomatik əlaqələrinin 25 illiyinin tamam olması onun Bakıya səfər etməsində bir bəhanə idi. Səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı hansısa bir təkliflərdir”.
Bir gündə avtoqəzada 8 nəfər ölüb
Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Məlumata görə, noyabrın 19-da ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb. Hər bir faktla bağlı araşdırma aparılır.
Zakir Qaralov Bərdədə qəbul keçirəcək
Baş prokuror Zakir Qaralov Bərdədə vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qəbul noyabrın 24-də saat 10:00-da Bərdə rayon prokurorluğunun inzibati binasında həyata keçiriləcək. Qəbulda Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.














